Xəzərdə gəmidə yanğın baş verdi
Xəzər dənizində borudüzən gəmisində baş verən qəza nəticəsində 14 nəfər xəsarət alıb.
Rakus.az xəbər verir ki, bu barədə “Saipem” şirkətindən bildiriblər.
Şirkət qeyd edib: “Mayın 8-də, təqribən saat 18:30 radələrində “Saipem” şirkəti tərəfindən əməliyyat işləri aparan “İsrafil Hüseynov” borudüzən gəmisində yanğın baş verib. Yanğın zamanı 14 nəfər müxtəlif dərəcəli yanğın xəsarətləri alıb və hal hazırda “Citadel” gəmisi vasitəsi ilə Bakı sahilinə çatdırılması işləri aparılır”.
Müxtəlif dərəcəli yanğın xəsarətləri alan 14 nəfər “Citadel” gəmisi vasitəsi ilə gecə saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına çatdırılıb.
Şirkət qeyd edib ki, baş verən hadisə zamanı gəmi heyətindən həsarət alan olmayıb və hazırda gəminin gələcək təhlükəsizlik fəaliyyətinə səbəb olacaq risk yoxdur: “Saipem” şirkəti gedişatı nəzarətə götürüb və müntəzəm olaraq yenilənən xəbərləri çatdıracaqdır. (Trend)