Xəzəri hasarlayırlar - FOTO
Xəzər dənizinin sahil ərazilərinin qorunmasına baxmayaraq, hasarlanma prosesi durmadan davam edir. Hətta bəziləri elə bil yarışa giriblər. Kimin gücü nəyə çatır, onu da etməyə çalışır. Dəniz şəxsi maraqlar naminə sakinlərdən təcrid edilir. Halbuki bu qanunsuzdur və buna qarşı mütəmadi tədbirlərin görüldüyü iddia olunur. Vakt isə göz qabağındadır: Xəzəri bütün vasitələrlə özəlləlləşdirməyə çalışırlar.
Dənizin sahillərinin hasarlanması ilə bağlı məsələ dəfələrlə Milli Məclisdə müzakirə olunsa da, dövlət qurumları buna qarşı ciddi tədbirlərin görüldüyünü bildirsələr də reallıq tam əksinədir. Xəzər yavaş-yavaş əhalinin əlindən alınır.
Bakının Bilgəh və Nardaran çimərliklərində şahidi olduğumuz mənzərələr buna əyani sübutdur. Bəs görəsən müvafiq dövlət qurumları bunu görmür ?!