Elm və təhsil 18.12.2024 22:10

“Azərbaycan 150 il Xəzər xaqanlığının tərkibində olub” - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Çin dilində Xəzər heroqlifinin oxunuşu “kosa”dır” adlı veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, verilişdə tədqiqatçı Elxan Zal Qaraxan qədim türk tayfası olan xəzərlərin tarixindən, onların Qərbi Azərbaycan ərazisində sıx məskunlaşmasından söz açıb.

O deyib ki, qədim türk tayfası Xəzərlər ən uzun ömrü çöl imperiyası qurublar: “Azərbaycan 150 il Xəzər xaqanlığının tərkibində olub. Çin dilində Xəzər heroqlifinin oxunuşu “kosa” adlanır. Azərbaycanda kosalar nəsli xəzərlərdən gəlmədir. Midiya dövlətinin yaradıcısı Xəzər tayfasından olan Arbakın adı Bibliyada qeyd olunan Xəzər hökmdarıdır”.

Onun sözlərinə görə, Bisutun yazılarının üçüncü sütunu türk dilində yazılıb: “Midiya, Əhəməni, Parfiya, Sasani dövlətlərinin baş vəziri həmişə Xəzərlərdən olub və Xəzərpet/Xəzərbəy adlanıb. Atropatenanı yaradan Atropat da Xəzərpet olub. Assur xronikasına görə Assuriya dağılanda Azərbaycan adlı dövlət yaranıb. Xəzərlər Qərbi Azərbaycanın Göyçə, Zəngəzur, Dərələyəz ərazisində sıx məskunlaşıblar.  Buğa Kəbir Xəzər sərkərdəsi olub, Babəkə qarşı vuruşub və Buğakar ziyarətgahı onun şərəfinə tikilib. Babəkə qarşı vuruşan Xəzər sərkərdəsi Buğakarın məzarı Zəngəzurdadır”.

Tədqiqatçı bildirib ki, Xəzərlər xaqanlarının hamısı türklərin aşina boyundan olublar: “Yəhudi ənənəsinə görə türklər Toqarmanın nəslindən sayılır. Çingiz xan aşina boyundan olanların hamısının ölümünə fərman verib. Xəzər qvardiyası həmişə xarəzmilərdən təşkil olunub”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş dekabrın 18-də saat 20:30-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Elm və təhsil / 18.12.2024 22:10
“Azərbaycan 150 il Xəzər xaqanlığının tərkibində olub” - FOTO - VİDEO
Elm və təhsil / 18.12.2024 13:06
Qərbi Azərbaycanda xəzərlər- ANONS
Elm və təhsil, Siyasi / 17.12.2024 22:15
Ayısəsi, Aytaq, Al, Alabkir, Alağac, Alavar – türk tarixinin izi - FOTO - VİDEO
Müsahibə / 17.12.2024 18:41
“İstənilən iddia Ermənistan dövlətçiliyinin ləğvinə səbəb ola bilər” - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 17.12.2024 14:18
Erməni Prezidentin Ayısəsi qorxusu – ANONS - VİDEO
Müsahibə / 17.12.2024 13:37
Ermənistanın ləğvinə nə səbəb ola bilər? – ANONS
Mədəni, Sosial / 17.12.2024 12:10
Gələn ilin bayram GÜNLƏRİ
Müsahibə / 16.12.2024 22:46
“Ermənistan Hamamlının tarixi adını Spitakla əvəzləyib” - FOTO - VİDEO
Mədəni / 16.12.2024 14:07
Azər Hüseynov: “Messi kimi ulduzlar arxasınca milyonlarla insanı aparır” - FOTO
Mədəni / 14.12.2024 21:41
“Xıdır Nəbi Novruzdan 40 gün qabaq bu evlərə gəlirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 13.12.2024 22:53
“Ailə üzvlərimin bütün xatirələri Terp və Herher kəndləri ilə bağlı olub” - FOTO - VİDEO
Siyasi, Sosial / 13.12.2024 13:22
“Evimizin açarları hələ də bizdədir” – ANONS - VİDEO
Siyasi, Təhlil / 12.12.2024 22:00
“51 ölkə Qərbi Azərbaycana qayıdışla bağlı sənədi imzaladı” - FOTO - VİDEO
Gündəm / 12.12.2024 17:40
Dövlət və hökumət rəsmiləri ümummilli liderin xatirəsini yad edirlər – YENİLƏNİR - FOTO - VİDEO
Gündəm / 12.12.2024 17:00
Ulu Öndərlə bağlı arxivdən - FOTO
Siyasi, Təhlil / 12.12.2024 13:58
Zəngəzurda ermənilər Azərbaycan radiolarını dinləyir – ANONS - VİDEO
Gündəm / 12.12.2024 10:26
İlham Əliyev və Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTO - VİDEO
Gündəm / 12.12.2024 00:01
Ülu öndər Heydər Əliyevin anım günüdür
Elm və təhsil, Sosial / 11.12.2024 22:43
“Qıpçaqvəng kompleksində qıpçaq abidələrini dağıdıb, erməni kilsəsinə çeviriblər” - FOTO - VİDEO
Elm və təhsil, Sosial / 11.12.2024 13:37
“Qıpçaq ermənisi” anlayışı uydurmadır – ANONS - VİDEO
Elm və təhsil, Siyasi, Sosial / 10.12.2024 21:48
Ayıbasan, Ayıdərəsi, Ayılı xaraba, Aynazur, Aynaxlı, Ayrım – türk tarixinin izi - FOTO - VİDEO
Müsahibə, Video müsahibə / 10.12.2024 18:31
“Azərbaycan bütün Cənubi Qafqazda sülh və təhlükəsizlik yaradır” - VİDEO
Siyasi, Sosial / 10.12.2024 14:04
İran ermənilərinin Aynazur planı – ANONS - VİDEO
Müsahibə, Video müsahibə / 10.12.2024 13:16
İrəvan üçün ən yaxşı variant – ANONS - VİDEO
Müsahibə, Siyasi / 09.12.2024 22:45
“Mirzoyanın təklifi ilə Azərbaycanın üç kəndi Ermənistana verilib” - FOTO - VİDEO
Siyasi / 09.12.2024 10:59
Rizvan Nəbiyev: “Qərbi azərbaycanlılar qayıdışa çox ümidlidirlər” - FOTO - VİDEO