Mədəni 09.10.2019 21:44

XI Beynəlxalq Uşaq Muğam Festivalının qalibləri mükafatlandırıldı - FOTO

Oktyabrın 9-da Beynəlxalq Muğam Mərkəzində ölkəmiz də daxil olmaqla 9 ölkə (Türkiyə, İran, İraq, Misir, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan) təmsilçisinin iştirakı ilə 11-ci Beynəlxalq Uşaq Muğam Festivalı finalçılarının çıxışları və qaliblərin mükafatlandırma mərasimi keçirilib.

Rakus.az xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində reallaşan tədbir Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi, Mədəniyyət Nazirliyinin iştirakı, “Kainat” Gənclik Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşib.

Gənclər və İdman nazirinin müavini İntiqam Babayev çıxış edərək festivalla bağlı fikirlərini bölüşüb. Bildirib ki, artıq ənənə halını alan festival getdikcə öz əhatəsini genişləndirir. Burada hər bir ölkə öz vətəninin mədəniyyətini nümayiş etdirir. Festivalda iştirak edən ölkələr, həm də mədəniyyət körpüsü rolunu oynayır.

Qeyd edilib ki, bu festival Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi ilə əlaqədar təşkil olunub.

“Muğamın əsasını qəzəllər, rübailər təşkil edir. Dövlət başçısı gənclərlə hər görüşündə onların elmli, bilikli olmaları ilə yanaşı, həm də vətənpərvər olmalarını xüsusi qeyd edir. Muğamın inkişafı, ona yeni həyatın verilməsi Birinci vitse-prezident Mehriban Əliyevanın müstəsna xidmətləri sayəsində mümkün olub. Görülən işlərin nəticəsində muğamlarımız beynəlxalq arenada tanınıb. Festival da bu mədəniyyətin bir hissəsidir”, – deyə İ.Babayev söyləyib.

“Kainat” Gənclik Mərkəzinin rəhbəri Rahib Rəsulzadə festivalın əhəmiyyəti haqqında danışıb.

Vurğulanıb ki, festivalın məqsədi muğam ənənələrini yaşatmaq, tarixi köklərə nüfuz etmək, şeiriyyəti, poeziyanı dərk etmək, milli dəyərlərimizi bu orijinal musiqi forması ilə dünyaya çatdırmaqdır. Sonra “Araz “ ansamblının müşayiəti ilə festivalda iştirak edən uşaqlar çıxış ediblər.

Təşkilat Komitəsinin qərarı ilə bir nəfər Qran-Pri, digər üç nəfər isə nominasiya üzrə mükafatlandırılıb.

Xatırladaq ki, festivalın münsiflər heyətinin sədri Xalq artisti, professor, tarzən Ağasəlim Abdullayev olub.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS