Yerli və əcnəbi jurnalistlər Tərtərin Qapanlı kəndində erməni hərbçilərinin atəşinə məruz qalıb.
Rakus.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Twitter” səhifəsində bəyan edib.