Gündəm 26.02.2024 00:03

Xocalı soyqırımından 32 il ötür - FOTO

Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsinin növbəti ildönümüdür.

Rakus.az xəbər verir ki, soyqırımından 32 il ötür.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri gülləbaran ediblər.

Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “26 fevral – Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edib. Sənəddə hadisənin başvermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlanıb.

Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə “Ana harayı” adlı abidə ucaldılıb.

Heydər Əliyev Fondu da Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. Fondun dəstəyi və təşkilatçılığı ilə soyqırımla bağlı xüsusi layihə çərçivəsində dünyanın bir sıra ölkələrində aksiyalar, silsilə tədbirlər, sərgilər, anım mərasimləri keçirilir.

Fondun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə elan edilən “Xocalıya ədalət!” kampaniyasının səmərəsi isə ildən-ilə artır. Bu kampaniya çərçivəsində keçirilən tədbirlərdə məqsəd Xocalıdakı cinayətə hüquqi-siyasi qiymətin verilməsinə, bütün dünyanın Xocalı soyqırımını tanımasına nail olmaqdır. Təsadüfi deyil ki, 2012-ci ilin yanvarında İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının İndoneziyanın Palembanq şəhərində keçirilən VII sessiyasında 51 ölkənin parlament nümayəndələri Xocalı faciəsinin beynəlxalq səviyyədə soyqırımı kimi tanınması ilə bağlı müvafiq qətnamə qəbul edib.

“Xocalıya ədalət!” beynəlxalq informasiya kampaniyası hazırda dünyanın onlarla ölkəsində uğurla həyata keçirilir və faciənin mənəvi və siyasi-hüquqi səviyyədə tanınmasına yönəlib. Hazırda Pakistan, Meksika, Çexiya, Kolumbiya, Bosniya və Herseqovina və s. ölkələrin parlamentləri Xocalı faciəsini soyqırım və Azərbaycana qarşı cinayət aktı kimi tanıyıblar. Bundan əlavə, Xocalı soyqırımı ABŞ-nin onlarla ştatının qanunverici orqanları tərəfindən də tanınıb.

Xatırladaq ki, Prezident İlham Əliyev beynəlxalq səviyyədə keçirilən “Xocalıya ədalət!” kampaniyasının əhəmiyyətini nəzərə alaraq, “Xocalıya ədalət” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında” 13 fevral 2014-cü il tarixli sərəncam imzalayıb.

Hazırda Xocalıdan olan məcburi köçkünlər ölkənin 50 şəhər və rayonunda müvəqqəti məskunlaşıb.

2020-ci ilin sentyabrın 27-də rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 ilə yaxın müddət ərzində Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılan torpaqların azad olunması uğrunda döyüşlərə başlayıb. 44 gün davam edən döyüşlər zamanı 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Belə ki, Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunub.

Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bəyanata əsasən, 2020-ci ilin noyabrın 20-də Ağdam rayonu, 2020-ci ilin noyabrın 25-də Kəlbəcər rayonu, 2020-ci ilin dekabrın 1-də isə Laçın rayonu sülh yolu ilə Azərbaycana qaytarılıb. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü təmin olunub və Qarabağ münaqişəsi arxada qalıb.

Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman Ordumuz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Ağdərə, Əsgəran, Xocavənd, Xankəndi ilə yanaşı, Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

2024-cü ilin fevralın 7-də növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri Xocalı rayonu ərazisində də baş tutub.

Xocalı faciəsində iştirak etmiş hərbi xunta rejiminin başçıları tutularaq Bakıya gətirilib və hazırda Azərbaycan qanunları ilə sorğulanırlar.

Həmçinin 2024-cü ildə yeni inşa olunan Xocalı şəhərinə tarixi yurd yerindən qovulan insanların geri dönüşü ilə bağlı Azərbaycan Prezidentinin imzaladığı “Böyük Qayıdış” Dövlət Proqramında əksini tapan qərarlar icra olunmaqdadır.

XƏBƏR LENTİ
Gündəm / 26.02.2024 11:16
Rəsmilər Xocalı soyqırımı abidəsini ziyarət edirlər – YENİLƏNİR - FOTO - VİDEO
Gündəm / 26.02.2024 00:03
Xocalı soyqırımından 32 il ötür - FOTO
Maraqlı, Mədəni / 24.02.2024 22:02
Monqol sərkərdəsi Cuci xanın adı əsasında formalaşan kənd - FOTO - VİDEO
Hadisə, Sosial / 23.02.2024 21:38
“Atamı, anamı və qardaşımı ermənilər Xocalıda girov götürdülər” - FOTO - VİDEO
Dünya, Təhlil / 23.02.2024 15:19
Paşinyanın “France 24”ə müsahibəsi – KTMT-dan çıxma mesajı – TƏHLİL
Hadisə / 23.02.2024 14:16
“Dörd dəfə köç edən ailəm Xocalıda itkin düşdü” – Tahir Seyidovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Sosial / 23.02.2024 10:10
Ardanış kənd icmasının növbəti iclası keçirilib - FOTO
Siyasi, Təhlil / 22.02.2024 20:42
Çəmbərək, Basarkeçər və Mehri rayonlarında dövlət idarələri bağlanır - FOTO - VİDEO
Elm və təhsil / 22.02.2024 17:46
“Qərbi Azərbaycan mətbuatı tarixi” kitabının təqdimatı - FOTO
Siyasi / 22.02.2024 15:28
Paşinyan bu əraziləri təhvil verir? – ANONS - VİDEO
Siyasi, Sosial / 21.02.2024 20:09
“Hamamlı Çar Rusiyasına və sovet Ermənistanına necə birləşdirildi?” - FOTO - VİDEO
Siyasi, Sosial / 21.02.2024 13:59
Ermənilərin Hamamlıda izitirmə planı – ANONS
Səhiyyə / 21.02.2024 10:02
ATU-da Ortodontiya kafedrası fəaliyyətə başlayıb - FOTO
Mədəni, Sosial / 20.02.2024 20:56
Təpəbaşı – oğurlanmış şəhərin sızıltısı - FOTO - VİDEO
Müsahibə, Siyasi / 20.02.2024 19:07
“Osmanlı dövründə ermənilər yəhidiləri hərtərəfli sıxışdırıb” – MÜSAHİBƏ - FOTO - VİDEO
Siyasi / 20.02.2024 17:17
“Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin fəaliyyətinə töhfəsini verəcək” – Əli Hüseynli
Gündəm, Təhlil / 20.02.2024 15:05
Prezident İlham Əliyevin Türkiyə səfəri – yeni layihələr və hədəflərə doğru - FOTO
Müsahibə / 20.02.2024 14:03
“Ermənilər həmişə antisemit olublar” – ANONS
Siyasi / 20.02.2024 11:17
“Ermənistan öz ərazisində separatçıların fəaliyyətinə qadağa qoymalıdır” – BƏYANAT
Müsahibə, Video müsahibə / 19.02.2024 20:59
“Türkiyə arxivlərində irəvanlı mühacirlər haqqında zəngin məlumatlar var” – MÜSAHİBƏ - FOTO - VİDEO
Siyasi, Təhlil / 19.02.2024 15:24
Aİ ilə Rusiyanın ticarət əlaqəsi – uduzan Ukrayna – TƏHLİL
Mətbuat / 18.02.2024 10:05
Baku TV 6 yaşını qeyd edir - VİDEO
Mədəni / 17.02.2024 21:12
Türk dünyasında üç adı olan bayram – Qərbi Azərbaycan Xronikası - FOTO - VİDEO
Sosial, Səhiyyə / 16.02.2024 20:06
“Xəstəxanada işləyirdim ermənilər məcburən ərizəmi aldılar ki, işdən azadsan”
Sosial / 16.02.2024 13:49
“Son deportasiyada 17 nəfər itki vermişik” – Elçin Alməmmədovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 15.02.2024 21:29
“Zəngəzur dəhlizi 6 ay ərzində açıla, azərbaycanlılar tarixi torpaqlara qayıda bilər” - FOTO - VİDEO