Sosial 26.02.2020 12:46

Xocalı soyqrımının ildönümü Füzulidə də qeyd olundu - FOTO

Xocalı soyqrımının 28-ci ildönümü münasibətilə Füzuli rayonunda silsilə anım tədbirləri keçirilir.

Rakus.az xəbər verir ki, Fevarlın 26-da Horadiz şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önündə ümumrayon anım mərasimi keçirilmişdir. Rayonun idarə, müəssisə və təşkilatları, hüquq mühafizə orqanlarının, N saylı hərbi hissənin əsgər və zabitlərinin, ümumilikdə iki min nəfərin iştirak etdiyi mərasim iştirakçıları əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə tər qərənfillər düzmüş, faciə qurbanlarının xatirəsi 1 dəqiqəlik sükütla yad edilmiş, soyqırım qurbanlarının ruhuna dualar oxunmuşdur.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev mərasimdə iştirak edən rayon sakinləri ilə söhbətində Xocalı soyqırımının bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayət olduğunu, xalqımızın yaddaşlarımızdan heç bir zaman silinməyəcəyini vurğulayıb. Qeyd edib ki, Azərbaycan tarixinin ən dəhşətli və qanlı səhifələrindən olan Xocalı soyqırımı eyni zamanda bəşər tarixinin ən geniş miqyaslı və xüsusi amansızlıqla törədilmiş hərbi cinayətlərindəndir.

Anım mərasimində bildirilib ki, 28 il əvvəl 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri Xankəndində yerləşdirilən keçmiş sovetlər birliyinə məxsus 366-cı alayın köməyi ilə Xocalı şəhərinin dinc, mülki əhalisinə qarşı soyqırım törətmişdir. Xocalı soyqırımı zamanı 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakini xüsusi amansızlıqla qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib, 1275 nəfər dinc sakin əsir götürülmüşdür. Dinc əhaliyə qarşı bu cür qeyri-insani əməllər erməni millətçiliyinin əsl mahiyyətini dünyaya nümayiş etdirmişdir. Qanlı hadisələr zamanı vəhşi təcavüzün əsas obyekti kimi köməksiz qadın, uşaq və qocaların xüsusi qəddarlıqla qətlə yetirilməsi faktı bəşəriyyət tarixində qanlı ləkə kimi qalacaqdır.

Bildirilib ki, bu dəhşətli hadisəyə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ilk dəfə olaraq hüquqi-siyasi qiymət verilmiş, 1994-cü ildə Ulu öndərin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi qəbul etmişdir. Prezident İlham Əliyev isə Xocalı faciəsini təcavüzkar erməni millətçilərinin yüzilliklər boyu Azərbaycan xalqına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi kimi qiymətləndirmişdir.

Anım mərasimində Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmısı istiqamətində Azərbaycanın Birinci vitsse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlərdən, fondun vitse-prezidenti Leyla xanım Əliyevanın Xocalıya Ədəalət kompaniyası çərçicəsində dünya miqyasında həyata keçirdiyi tədbirlərdən bəhs edilib.

Xocalı soyqırımının 28-ci ildönümünün keçirilməsi haqqında rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq ərazidəki bütün yaşayış məntəqələrində, idarə və müəssisələrdə anım mərasimləri keçirilmişdir.

26 fevral tarixində rayonun orta ümumtəhsil məktəblərində ilk dərs Xocalı soyqırımına həsr olunmuşdur.


 

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS