Sosial 30.07.2019 12:44

Xocalılar şəhid uşaqların parkını salıb - FOTO

 

Ötən əsrin ən faciəli hadisələri kimi tarixin qan yaddaşına çevrilən Xocalı faciəsini əbədi yaşatmaq üçün xocalılar daha bir nümunəvi addım atıb. Belə ki, 1992-ci ilin fevralın 26-da işğal olunan Xocalı rayonun bir sıra kəndləri dövlətin dəstəyi və vəsaiti hesabına onların məşkunlaşdığı yerlərdə müvəqqəti olaraq yenidən salınıb. Goranboy rayonunun təbiəti səfalı olan ərazilərinin bir hissəsi xeyli vaxtdır ki, Xocalı rayonunun ixtiyarına verilib. Əlahi sosial evlərdə məskunlaşıb.

Goranboy rayonundakı Xocalı rayonunun Meşəli qəsəbəsinin girəcəyində qeyri adi olaraq qandonduran mənzərə ilə qarşılaşırsan. Xocalı faciəsində şəhid olan bütün uşaqların xatirəsini əbədiləşdirmək üçün yaradılan parkda şəhidlərin hər birinin adına ağac əkilib. Ağacın yanındakı lövhədə isə şəhidin adı, soyadı, doğum və şəhidolma tarixi yazılıb. Kənd orta məktəbinin qarşısında və Ağcakənd istiqamətində yolun kənarında salınan park qanlı tariximizin əbədi salnaməsidir. Çünki bu şəhidlərin adına verilən ağaclar onların ruhunu yaşadmaqla düşmənin nə qədər qansız və vicdansız olduğuna əyani nümunədir.

Parkın salındığı vaxtdan başlayaraq Xocalı rayonuna və bu ərazilərə gedən bütün yerli və xarici vətəndaşlar şəhid uşaqlarının haray səsinin şahidi olurlar. Ağaca verilən şəhid uşaq ömrünü görən normal düşüncə sahibi çətin ki, faciə barədə əlavə suala ehtiyac duya. Çünki düşmən uşaqlara da aman verməyib.

Park məktəblilər üçün də tərbiyəvi və vətənpərvərlik baxımından mühüm əhəmiyyət kəsb edir. Ona görə ki, Xocalı faciəsinin qurbanı olan uşaqların taleyi göz önündədir. Bu mənada park siyasi, fəlsəfi,  hərbi, beynəlxalq, sosial … dəyərlər baxımından böyük əhəmiyyət daşıyır və əbədi olaraq daşıyacaq. Çünki dünyada şəhid uşaqların parkı qandonduran mənzərəni xatırladır.

Mikayıl Nərimanoğlu
Baş redaktor, Əməkdar jurnalist

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO