Təhlil 06.05.2019 14:40

Xurma satanların Ramazan sevinci – Araşdırma

 

İslam dünyasında ən müqəddəs ay Ramazan ayı qəbul edilmişdir. Bunun bir neçə səbəbləri vardır: 1) Quran kitabının bu ayda nazil olması, 2) insanların öz iradələrinə bələd olması, 3) dözümlülük göstərərək 12 ayın 30 günü gündəlik 17 saata yaxın ac-sussuz qalması və.s. Ramazan orucu ayın aypara görünüşü ilə başlayır, təxminən 29-30 gün davam edir. Müqəddəs ayın son 10 gecəsindən biri hesab edilən Qədir gecəsi bu ayın ən mühüm günlərindəndir.  Ramazan ayında insanlar  niyyət edərək oruc tutur,  ibadət edir,  pis əməllər etməkdən uzaq olurlar.

Oruc tutanların iftar süfrəsində xurmanın olması tövsiyə edilir. İftarı xurma ilə açmaq insana uzunmüddəli toxluq verir, həddən artıq çox yeyərək mədənin birdən-birə yüklənməsinin qarşısın alır. Xurma  təkcə oruc tutanların deyil, həm də faydalı təsirləri olduğu üçün  hər kəsin yeməli olduğu meyvədir. Tərkibində bədənin immun sistemini gücləndirən B1, B2, E, C, A vitaminləri, karbohidratlar, fosfor, kalsium, dəmir, maqneziumu birləşdirən elementlər olduğuna görə tez həzm olunmaya, itirilmiş enerjinin bərpasına, qan təzyiqinin normada saxlamağa kömək edir. İnsanlar xurma meyvəsinin deməklə bitməyən faydalı xüsusiyyələrini həkim məsləhətlərində də eşidirlər. Müqəddəs Qurani-Kərimdə adı çəkilən bu meyvəni mütəxəssislər qeyd edirlər ki, südlə qatışdırıb içmək yuxusuzluğun qarşısın alar, bağırsaq problemlərini aradan qaldırar. əsəbləri sakitləşdirər.

Bazarlarda xurmanın qiyməti növünə görə 2-3 manatdan 150-200 manata kimi   dəyişir.  Ən bahalısı Mədinədən gətirilən “Peyğəmbər xurması”, ən ucuzu, həmçinin ən çox tələbat olan isə karton qutularda satılan “İran” xurmasıdır. Azərbaycana İranla yanaşı, Tunis, BƏƏ, İordaniya, İsrailvə bir neçə ərəb ölkələrindən xurma ixrac edilir. Hazırda mağazalarda ən ucuz növlü xurmanın kilosu 2-3 manata yaxındır. Lakin qiymətlər getdikcə artır…

Bahalaşma təbii fəlakətlərlə bağlıdırmı?

Mart-aprel aylarında  İranda baş verən təbii fəlakətlər xurmanın qiymət artımına bir bəhanə oldu. Lakin əvvəlki illəri təhlil etsək, hər il orucluq ayına yaxın İran bazarlarında qiymətlərın 5-6 dəfə bahalaşdığın görərik. Bunun da tək səbəbi işbazların “xurma oyunu”dur. Belə ki, ekspertlərin fikrincə mövsümdə 1 kq xurmanın qiyməti 0.5 dollar olduğu zaman sahibkarlar tonlarla məhsulu fermerlərdən satın alıb saxlayır, bir müddət sonra 10 dəfə artığına bazara çıxarırlar. Bu da yalançı bahalaşma, yəni inhisarçılıq yaradır. Azərbaycana xurma ən çox İrandan ixrac olduğuna görə baş verən bahalaşma da bununla əlaqəlidir.

 

Arif Salahov
İqtisadçı jurnalist

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO