Siyasi 06.07.2019 15:47

YAP: Heydər Əliyevin tarixi missiyasından danışıldı - FOTO - VİDEO

Bu gün YAP-ın qərərgahında Heydər Əliyevin 1969-cu ilin iyul ayında Azərbaycanda hakimiyyətə gəlməsinin 50 illiyinə həsr edilmiş “Heydər Əliyev: Azərbaycana həsr olunmuş ömür” adlı tədbir keçirilib.

Rakus.az xəbər verir ki, tədbirdə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədrinin müavini – İcra katibi Əli Əhmədov çıxış edərək bildirib ki, Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsi daha böyük bir yanaşmanın və missiyanın özünəməxsus ifadəsi idi: “O zaman Sovetlər Birliyində yaranmış ənənəyə görə xüsusi bir partiya elitası formalaşmışdı. Respublikalara və bütövlükdə İttifaqa rəhbərlik missiyası bu elitanın içindən seçilmiş şəxslərə həvalə edilirdi. Digər sahələrdən, o cümlədən bizim hüquq-mühafizə orqanlarından partiya və respublikaya rəhbər vəzifəyə gətirilməsi praktikası demək olar ki, tətbiq edilmirdi. Heydər Əliyev isə o zaman Sovet Azərbaycanının Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsində çalışırdı. Elə məhz 1969-cu ildə Heydər Əliyevin faktiki olaraq Azərbaycan rəhbərliyinə gətirilməsi yeni bir praktikanın sınaqdan keçirilməsi kimi qiymətləndirilə bilər. Bunun müstəsna səbəbi Heydər Əliyevin şəxsi keyfiyyətləri ilə əlaqədar idi. O, Azərbaycana rəhbərlik etmək iqtidarında olmasını əvvəllər çalışdığı işlərdə sübut etmişdi. Bu ciddi addım özünün müsbət nəticəsini verdi. Heydər Əliyevin Azərbaycanda 70-ci illərdə yaratdığı potensial həyatımızın bütün sferalarını əhatə edirdi. Sonradan bu praktika Sovetlər Birliyinə daxil olan digər respublikalarda tətbiq olunmağa başladı. Gürcüstanda daxili işlər naziri vəzifəsində çalışan Eduard Şevarnadze də ölkəsində rəhbər vəzifəyə gətirildi”.

Baş nazirin müavini qeyd edib ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi və ölkəmizin yüksək inkişafa gəlib çatması təkcə həmin dövr üçün xarakterik olan hadisə deyildi. Bu, Azərbaycanın müstəqillik dövründə də özünü göstərdi:

“Heydər Əliyev Azərbaycan öz müstəqilliyinə qovuşduqdan sonra bir çox problemlərin həlli, müstəqil dövlət quruculuğunun uğurla həyata keçirilməsi üçün xalq tərəfindən dəvət olundu. Azərbaycanın müstəqilliyi və inkişafı Heydər Əliyevin yerinə yetirdiyi tarixi missiya oldu”.

Daha sonra tədbirdə çıxış edən Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə isə Heydər Əliyevin hakimiyyətə gəlişi ərəfəsində ölkədə faciə və sıxıntıların olduğunu xatırladıb: “O zaman əhalinin yarısı kənd təsərrüfatı sahəsində işləyirdi. Amma bu sahə inkişaf etmədiyi üçün insanların sosial vəziyyəti pisləşirdi. Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycan bütün sahələr inkişaf etməyə başladı. Bir neçə qərarlar qəbul edildi. Sovet İttifaqından Azərbaycana böyük bir vəsait ayrıldı. Çayçılıq, üzümçülük və digər sahələr inkişaf etdi. O vaxtı Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları formalaşırdı. Heydər Əliyev hakimiyyətə gəlişindən onlar bu iddialardan bir müddət əl çəkdilər”.

Respublika Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərov çıxış edərək bildirib ki, Heydər Əliyevin hakimiyyətə gəldiyi gün Azərbaycanın müstəqilliyə gedən yolunun əsası qoyulub: “SSRİ-də iqtisadi inkişaf baxımından sonuncu yerdə olan Azərbaycan Heydər Əliyevin hakimiyyəti illərində ilk yerlərdə qərarlaşdı. Azərbaycan sürətlə inkişaf etdi və Sovetlər İttifaqının ən qabaqcıl ölkələrindən birinə çevrildi”.

F.Heydərov vurğulayıb ki, bu gün dünyada hörmətlə qarşılanan Azərbaycan Heydər Əliyevin seçdiyi yolun nə dərəcədə uğurlu yol olduğunu göstərir:

“Azərbaycan müxtəlif dinlərin və xalqların nümayəndələrinin tolerant şəraitdə yaşadığı bir dövlət, iqtisadi, mədəni və digər sahələrdə inkişafın nümunəsidir. Mən Azərbaycan xalqını Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50-ci ildönümü münasibəti ilə təbrik edirəm”.

 

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO