Mətbuat 08.07.2019 11:23

Yazıları ilə həyatı bir-birini tamamlayan jurnalist

 

Bütün ömrü boyu jurnalist işləsə də onu sizə publisist kimi təqdim etmək istəyirəm. Çünki jurnalistika ixtisasdır, məktəbi vardır. Jurnalistin əsas fəaliyyəti cəmiyyətdə baş verən hadisələri araşdırıb, öz yazılarında əks etdirmək, ictimaiyyəti məlumatlandırmaqdır. Amma publisistika jurnalistikanın bir qolu sayılsa da daha çox istedadla bağlıdır…

Publisistika latın dilindən tərcümədə “ictimai” deməkdir. İctimaiyyət üçün qələmə alınan yazılar isə fərqli olmalıdır. Daha doğrusu, publisist xalqın dilində danışmağı bacarmalı, həyatı əks etdirən, insanları düşündürən yazıları ilə özünü təsdiq etməlidir. Mütaliə, dünya görüşü, savad, təfəkkür publisistin yaradıcılığında mühüm rol oynasa da səmimiyyət, sadəlik onun yazı tərzini müəyyənləşdirən ən vacib şərtlərdəndir. Qeyri səmimi publisistin qələmi uğurlu ola bilməz. Əslində publisistika poeziyanın nəsr formasıdır. Ruhu oxşamağı, sehrli dili ilə insanları ovsunlamağı, inandırmağı bacarmalıdır…

Bu gün sizə öz dəsti-xətti, yazı tərzi ilə seçilən bir xanımdan söhbət açmaq istəyirəm.

Deyir ki,- “1960-cı ildə universiteti bitirdim. Birinci iş yerim “Pioner” jurnalı olub. Jurnalın baş redaktoru Zeynal Cabbarzadə çox gözəl insan idi. Sonra “Azərbaycan pioneri” qəzetində çalışmağa başladım. Ömrümün 13 ilini uşaq mətbuatına vermişəm. Sonradan “Azərbaycan qadını” jurnalının şöbə müdiri vəzifəsində işləmişəm. “Respublika” qəzetində çalışmışam. Ümumiyyətlə, jurnalistikaya gələndə çox narahat idim. Bu elə peşədir ki, gərək özünü hər gün sübut edəsən. Yoxsa 100 diplomun olsun, yaza bilmirsənsə, bir işə yaramayacaq. Məsələn, həkim diplom aldısa, demək fəaliyyətə hazırdır. Amma jurnalistin hadisələrə yanaşma bacarığı yoxdursa, ona heç nə kömək etməyəcək”…

Haqqında danışdığım Svetlana Nəcəfova Qərbi Azərbaycanda dünyaya gəlib. Orta təhsilini İrəvan şəhərində başa vurub. Sonra Azərbaycan Dövlət Universitetində təhsilini davam etdirərək jurnalistika ixtisasına yiyələnib. Oranı fərqlənmə diplomu ilə bitirib. Təqaüdə çıxanadək “Pioner”, “Azərbaycan qadını” jurnallarında və eləcə də”Azərbaycan pioneri”, “Respublika” qəzetlərində çalışıb. Əməkdar jurnalistdir. “Qızıl qələm”, “Dan Ulduzu”, “Humay” və onlarla digər mükafatın laureatıdır. Beş publisistik, bir bədii tərcümə kitabının müəllifidir…

Çox sadə, mədəni, kübar xanımdır. Zəngin dünya görüşü, mehriban ünsiyyəti onu daha cazibədar, daha əzəmətli göstərir. Dinləməyi bacarır. Gözəl həmsöhbətdir…

Bir zamanlar adı dillər əzbəri olub. Ölkənin ən tanınan, istedadlı jurnalistlərindən biri kimi sevilirdi. İmzası çox məşhur idi. Son vaxtlar mətbuatda görünməsə də, hələ də ehtiramla xatırlanır…

Deyir ki,- “Mənim üçün həyat təbiətin bizə bəxş etdiyi əvəzsiz nemətdir. Bəlkə də biz onu günlərlə, aylarla, illərlə ölçməyə adət etmişik. Ancaq bu ölçü çox aldadıcıdır. Ömür var ki, qum dənələri kimi barmaqların arasından axıb tökülür. Heç bir iz qoymadan ötüb keçir. Səndən sonra gələnlər bu dünyada yaşadığına dair heç bir dəlil-sübut tapmırlar. Varlığınla yoxluğun bilinmir. Ömür də var ki, özü başa çatsa da, izi, sorağı aylarda, illərdə qalır. Xalqın tarixinə, yaddaşına köçür. Yetişdirdiyi, tərbiyə etdiyi adamların taleyinə çevrilir, onların həyatında yenidən yaşanır. Əsl insan ömrü də, xoşbəxtlik də mənim üçün budur”…

Onu daha yaxşı tanıyan, yaradıcılığına, fəaliyyətinə yaxından bələd olan xalq şairi Sabir Rüstəmxanlı isə Svetlana xanımı belə xarakterizə edir:- “Azərbaycanın qadın jurnalistlərindən söhbət gedəndə yadıma ilk düşən qələm sahiblərindən biri Svetlana Nəcəfovadır. Svetlana xanımı ədəbiyyata, jurnalistikaya gəldiyi ilk günlərdən tanıyıram. Həmin illərdən ölkənin demək olar ki, bütün oxunan, tanınan qəzet və jurnallarında kəskin oçerklər, publisist məqalələr, portretlər, zarisovkalar, yol qeydləri və sair yazıların altında onun imzasını görmüşəm. Bu imza mənə həmişə doğma olub. Svetlana xanımın özüylə tanışlıqdan sonra əmin olmuşam ki, onun yazıları ilə həyatı bir-birini tamamlayır”…

İyulun 8-də Svetlana xanımın 81 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, Ona möhkəm can sağlığı, ağrı-acısız günlər arzulayıram.

Doğum gününüz mübarək, Svetlana xanım!

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO