Yarımfinal mərhələsinin oyunları keçiriləcək
Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.
Rakus.az xəbər verir ki, final uğrunda mübarizəyə Qəbələdə start veriləcək. Şəhərin eyniadlı komandası “Qarabağ”ı qəbul edəcək. Ağdam təmsilçisi bu mövsüm Premyer Liqada keçirilən 4 oyunun hamısında “qırmızı qaralar”a qalib gəlib.
Günün digər oyununda isə “Zirə” “Sumqayıt”ın qonağı olacaq. Premyer Liqamızda uğursuz mövsüm keçirilən hər iki komanda kuboku qazanmaqla bunu unutdurmağa çalışır. “Zirə” tarixində ilk dəfə yarımfinalda oynayacaq.
Xatırladaq ki, komandalar arasında cavab matçı mayın 7-də keçiriləcək.
23 aprel (çərşənbə axşamı)
16:00.“Qəbələ” – “Qarabağ”
Hakimlər:Vüqar Həsənli, Mübariz Haşımov, Cəmil Quliyev, Kamal Umudlu
Hakim-inspektor: Anar Salmanov
Qəbələ şəhər stadionu
18:30.“Sumqayıt” – “Zirə”
Hakimlər: Səbuhi Bayramov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Rövşən Rəcəbov
“Kapital Bank Arena”