Yas mərasimləri qəbiristanlıqların yanında keçiriləcək
“Nazirlər Kabinetinin qərarına əsasən, hazırda yeni qəbiristanlıq ərazilərinin seçilməsi üçün işlər aparılır”.
Rakus.az xəbər verir ki, bunu “Xəzər Xəbər”ə açıqlamasında Milli Məclisin İctimai birliklər və Dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
Komitə sədrinin sözlərinə görə, yeniliklərin tətbiqində əsas məqsəd bu sahədə sosial ədalətin təmin edilməsidir.
Millət vəkili bildirir ki, həyata keçiriləcək yeniliklərdən biri də yas mərasimlərinin elə qəbiristanlıqların yanında keçirilməsidir:
“Maddi cəhətdən imkanı aşağı olan ailələr üçün isə yas mərasimlərini bələdiyyələr təşkil edəcək”.
Xatırladaq ki, qəbiristanlıqların salınması və idarə edilməsi qaydalarına əsasən, bu ərazilərin idarəçiliyi bələdiyyələrin ixtiyarına verilir.
Siyavuş Novruzovun sözlərinə görə, bu il Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində yeni seçilən bələdiyyələr qəbiristanlıqların yeni qaydalara uyğun hazırlanması işi ilə fəal şəkildə məşğul olacaqlar.