Təhlil 16.09.2019 23:39

Yaşanan tarix: Bakının azad edilməsinin 101-ci ildönümü – TƏHLİL - FOTO

Sentyabrın 15-dən Azərbaycanda paytaxt Bakının azad edilməsinin 101-ci ildönümü qeyd edilir.

Rakus.az xəbər verir ki, bu gün ölkə ictimaiyyəti, ictimai-siyasi təşkilatlar Azərbaycanda həlak olmuş Türkiyə hərbçilərinin məzarlıqlarını ziyarət edir, gül çələngləri ilə onların xatirıəsini yad edir.

Bakının azad edilməsinin 101-ci ildönümü qeyd edilib
Bakının azad edilməsinin 101-ci ildönümü qeyd edilib

1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Xalq Cümhuriyyətinin milli ordusu Bakını “Sentrokaspi diktaturası” hökumətinin eser-menşevik hərbi birliklərindən, ingilis ekspedisiya qruplaşmasından azad edib. Bundan sonra 1918-ci il mayın 28-də elan edilmiş Azərbaycan Xalq Cümhuriyyəti Gəncədən Bakıya köçüb.

Qafqaz İslam Ordusu
Qafqaz İslam Ordusu

Bakının azadlığı uğrunda döyüşlərdə minə yaxın türk əsgər və zabit, beş min Azərbaycan vətəndaşı həlak olub.

Bakıda hakimiyyət AXC hökumətinin əlinə keçdikdən sonra Qafqaz İslam Ordusunun bir hissəsi regiona göndərilib, Nuru Paşa yerlərdə hissələrə rəhbərlik etmək üçün Ağdama gedib. Tezliklə onun rəhbərlik etdiyi ordu Şuşaya daxil olub və Azərbaycan bayrağını şəhərin üzərində qaldırıb.

Müsavat Partiasının fəalları Türkiyə hərbçilərinin şərəfinə ucaldılmış abidəni ziyarət edir
Müsavat Partiasının fəalları Türkiyə hərbçilərinin şərəfinə ucaldılmış abidəni ziyarət edir

Bu gün minlərlə insan, o cümlədən siyasi partiyalar, ictimai təşkilatlar Şəhidlər Xiyabanında və ölkənin regionlarındakı Türkiyə hərçilərinin məzarlarını ziyarət edib.

Azərbaycan Müdafiə Nazirliyinin və Türkiyənin Azərbaycan səfirliyinin birgə təşkilatçılığı ilə Bakının azad edilməsinin 101-ci ildönümü münasibəti ilə yürüş keçirilib. Yürüş iştirakçıları Bakının azad edilməsinin 101-ci ildönümü münasibətilə 101 ədəd Azərbaycanın və 101 ədəd Türkiyənin dövlət bayraqlarını daşıyıblar.

Milli Şuranın fəalları Türkiyə hərbçilərinin şərəfinə ucaldılmış abidəni ziyarət edir
Milli Şuranın fəalları Türkiyə hərbçilərinin şərəfinə ucaldılmış abidəni ziyarət edir

“Bizim dostluğumuz, qardaşlığımız çoxəsrlik tarixi ənənələrə arxalanır. Bizim dədələrimiz-babalarımız dar gündə bir-birilərinin harayına çatıblar. Bir səngərdə ümumi düşmənə qarşı birlikdə mücadilə aparıblar. Biz Çanaqqala savaşında şəhid olan azərbaycanlıları, Cümhuriyyət quruculuğu ərəfəsində Azərbaycanın göstərdiyi qardaş köməyini heç vaxt unutmuruq. Biz həmişə sizin yanınızdayıq. Beynəlxalq tədbirlərdə Azərbaycan nümayəndəsi yoxdursa, biz varıq, bizim nümayəndəmiz yoxdursa, siz varsınız. Biz bir millət, iki dövlətik,” Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. (Amerikanın səsi)

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO