Yay meyvələri çox yeyin – MƏSLƏHƏT
Yay meyvələrinin hər birinin insan bədəni üçün faydası böyükdür.
Rakus.az xəbər verir ki, alimlər fərqli mineral və vitaminləri almaq üçün miqdarını aşmamaq şərtilə meyvə yeməyin labüd olduğunu bildirirlər.
Çiyələk: Ən önəmli anti-oksidantlardan biridir. C vitamini ilə zəngindir. Bədən hüeyrələrini qoruyur. Xərçəng və ürək xəstəliklərinə qarşı mühafizəkardır. Eləcə də, dərinin yenilənməsində rol oynayır.
Ərik: Sarı meyvələr A vitamini və beta-karotendən ibarətdir. Bundan başqa, C vitamini, potasium və liflərlə zəngindir. Göz və ürək xəstəlikləri, ifrazat üçün faydalıdır.
Gilas: Vücudda yığışan mayeni atmağa kömək edir. Tərkibində potasium yüksək olduğuna görə ürək xəstəliklərindən qoruyur. Xolosterolu aşağı salır.
Üzüm: Təzəsi, qurusu və doşabı ilə bir çox faydası var. Liflər, C vitamini və potasiumdan ibarətdir. Çəyirdəyi antioksidantdır. Üzüm qabığındakı C və E vitamini isə xərçəngdən qoruyur.
Qarpız: Bu giləmeyvələr bol su, likopen və beta-karotenlə zəngindir. Xolosterol və prostat xərçənginin qarşısını alır. Həmçinin, qan dövranını sürətləndirir.