Mədəni 26.09.2019 15:27

Yazıçı ÇƏRKƏZ NƏSİRLİ ilə görüş keçirildi - FOTO

 

Azərbaycan Yazıçılar Birliyi Qubadlı Regional Bölmə Zəngilan rayon şöbəsinin təşkilatçılığı ilə Zəngilan rayon 28 saylı tam orta məktəbdə yazıçı Çərkəz Nəsirli ilə görüş keçirildi. Görüşü giriş sözü ilə açan Əli bəy Azəri tədbir iştirakçılarını salamladı, belə görüşlərin mahiyyətindən danışdı və yazıçı Çərkəz Nəsirlini tədbir iştirakçılarına daha əhatəli tanıtmaq üçün sözü adıçəkilən məktəbin səkkizinci sinif şagirdi Aytən Quluzadəyə verdi. Aytən Quluzadə yüksək intonasiya ilə yazıçının avtobioqrafik məlumatlarını səsləndirdi.

AYB QRB Zəngilan rayon şöbəsinin rəhbəri Mahir Cavadlı çıxış edərək öz adından və şöbənin digər şair və yazıçıları adından Çərkəz Nəsirlini təbrik etdi, yeni-yeni yaradıcılıq uğurları arzuladı və şöbənin adından qiymətli hədiyyə ilə mükafatlandırdı.

Tədbirdə zəngilanlı şair Salam Cavadlı gözəl nitq söylədi və yazıçıya uğurlar arzuladı.

Məktəbin dil-ədəbiyyat müəllimi Aybəniz Səmədova yazıçının “Köç gedəndən sonra”, tarix müəllimi Cəmilə Əliyeva isə “Gülnisə xalanın gəlini” povestlərini tədbir iştirakçılarının nəzərinə çatdırdılar, əsərin bədii təhlilindən danışdılar və günümüzlə səslənən əhəmiyyətini vurğuladılar.

Bu arada söz alan yazıçı Çərkəz Nəsirli həmin əsərlərin yaranma tarixindən və mahiyyətindən bəhs etdi, eyni zamanda tədbir iştirakçılarının suallarını cavablandırdı.

Sonra məktəbin şagirdlərindən yeddinci sinif şagirdi Ziya Ağakişiyev “Gülərin taleyi”, on birinci sinif şagirdi Əsmər Mamedova “Qarabağ faciəsi”, onuncu sinif şagirdi Nübar Avdiyeva “Yolun azan cavanlar” və səkkizinci sinif şagirdi Arzu Əliyeva “Sonuncu tramvay sürücüsü” hekayələrindən hissələr səsləndirdilər.

Tədbirdə iştirak edən məktəb direktorunun müavini – hərbi rəhbər Təşkilat Muradov şıxış edərək yazıçını təbrik etdi, ona yeni-yeni yaradıcılıq uğurları arzuladı və belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən söhbət açdı.

Çıxış üçün söz alan, uzun müddət yazıçı ilə çiyin-çiyinə musiqi məktəbində çalışan Ülviyyə Hacıyeva ürək sözlərini çatdırdı, haqqında bəhs edilən əsərlərin mahiyyətindən, gənclərin formalaşmasında əhəmiyyətindən danışdı.

Sonda çıxış edən Çərkəz Nəsirli tədbir iştirakçılarına dəyərli vaxtlarını sərf etdiklərinə və onun yaradıcılığına dəyər verdiklərinə görə öz dərin minnətdarlığını bildirdi.

Beləliklə, bir saat yarımdan artıq davam edən tədbir Məmməd Arazın “Azərbaycan” şeirindən bir parçanın hamı tərəfindən və ayaqüstə səslənməsi ilə başa çatdı.

Sonda “HƏR ŞEY AZƏRBAYCAN NAMİNƏ” adı altında xatirə şəkili çəkdirdilər.

 

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS