Təhlil 06.06.2023 16:01

Yelisey sarayının “Dirçəliş” əməliyyatı- xaricdə yoxsullara qarşı müharibə -TƏHLİL

Fransa hakimiyyəti müstəmləkə bölgələrində insan hüquqlarını yenə pozur. İnsan hüquqlarının pozulduğu iddiasını irəli sürərək Cənubi Qafqazdakı dövlətlərin daxili işinə müdaxilə edən rəsmi Paris dünyanın müxtəlif bölgələrində bu sahədə cinayətlər törədir. Belə bölgələrdən biri də Mayotta adasıdır.

Bu il mayın 22-də Fransa hakimiyyəti bu ərazidə “Wuambushu” (“Dirçəliş”) adlı əməliyyat həyata keçirməyə başlayıb. Bu tədbir zamanı sakinlərin evləri “anti-sanitariya” adı ilə sökülür. Adadakı əmək miqrantları bölgədən zorla qovulur. Onlarla yanaşı bir sıra hallarda yerli sakinlər də adadan çıxarılırlar.

Xarici KİV-də Yelisey sarayının “Dirçəliş” adlı əməliyyatı “Fransa hakimiyyətinin xaricdə yoxsullara qarşı müharibəsi” kimi də təqdim ediblər.

Belə ki, Fransa Prezidenti Emmanuel Makronun ölkə daxilində pensiya yaşının fəhlələr üçün 62-dən 64-dək qaldırması siyasətinə qarşı bir neçə aydır etiraz aksiyaları keçirilir. Bu tədbirləri dağıdan hərbi-polis qüvvələri indi də Fransadan təxminən 8 min km aralı yerləşən yoxsul ada sakinlərinə qarşı “antisanitariya” əməliyyatı aparır.

Bu ilin fevralında təsdiqlənən bu plan sakinlərdən və Fransa ictimaiyyətindən gizli saxlanılıb. Fransanın İnsan Hüquqları Liqasının lideri Patrik Baudun “Dirçəliş”i qınayıb. O deyib ki, Fransa insan hüquqlarını müdafiə edən ölkədən insan haqları ilə bağlı bəyanat verən dövlətə çevrilir. O, burada beynəlxalq hüququn fundamental əsaslarının, sığınacaq və insan ləyaqətinə hörmət haqqının pozulduğunu bildirib. Liqanın vitse-prezidenti Marie-Kristine Vergiat da hadisəni tənqid edərək Fransa kimi ölkədə sənədsiz kamorlulara ( Komor adalarından gələnləri nəzərdə tutur – red.) nalayiq münasibət göstərildiyini vurğulayıb.

Məskunlaşma Hüququ Assosiasiyası da Emmanuel Makronun təsdiqlədiyi bu əməliyyatı “qəddar” və “yoxsullara qarşı” olduğuna dair açıqlama yayaraq bunu dayandırmağa çağırış edib.

Mayotta harada yerləşir? Fransa hakimiyyəti bu adadan və oraya iş dalınca gedən yoxsul mühacirlərdən nə istəyir?

Fransa adanı 1800-cü ildə işğal edib. BMT Baş Assambleyası adanı Komor Adalar İttifaqının ərazisi olaraq tanıyır. Ancaq 1974-cü ildə keçirilən mübahisəli referendum nəticəsində Komor adaları müstəqil oldu. Mayotta isə Fransa ərazisi olaraq qaldı. 2011-ci ildə ada ölkənin 101-ci inzibati ərazi vahidi kimi qeydiyyata alınıb.

Ərazi Mozambik boğazında Hind okeanının qərbində, Mozambikin şimalı ilə Madaqaskarın şimalı arasında yerləşir. O, əsas ada olan Mayotta (Maore), daha kiçik Pamanzi adası və bir neçə kiçik adalardan ibarətdir. Adanın 350 min sakini olduğu deyilir. Bölgənin sahəsi 376 km²-dir. Əhalisinin yarısından çoxu işsizdir. Adanın əhalisinin əksəriyyəti müsəlmandır.

Fransa Milli Statistika Bürosunun məlumatına görə, əhalinin dörddə üçündən çoxu ölkə üzrə müəyyən edilmiş yoxsulluq həddinin altında yaşayır.

Buna baxmayaraq, vəziyyətin daha da pis olduğu qonşu Komor adalarından hər il minlərlə miqrant Mayottaya gedir. Komoriyalılar indi Mayotta əhalisinin təxminən yarısını təşkil edir.

Emmanuel Makronun başladığı “əməliyyatda” 1800 polis, jandarm, təhlükəsizlik korpusunun xüsusi təyinatlı dəstəsi iştirak edir.

“Wuambushu” əməliyyatı “qanun və asayiş uğrunda” “cinayətkar dəstələrə qarşı mübarizə” adı altında keçirilsə də əslində onların hədəfi minlərlə əmək miqrantını adadan qovmaqdır. Fransanın bir sıra siyasiləri miqrantların öldürülməsi təbliğatını da aparırlar. Ancaq Fransa hakimiyyəti belə təbliğatların qarşısını almır. Mütəxəssislər Fransanın adadakı əməllərini antimiqrant irqçiliyi adlandırırlar.

Cənubi Qafqazda, habelə dünyanın başqa bölgələrində özünü insan hüquq müdafiəçisi, “məzlum ermənilərin” baş havadarı rolunda çıxış edən Yelisey sarayı Fransadan minlərlə kilometr uzaqlarda yerləşən işğal altında saxladığı torpaqlarda irqçilik edir.

Miqrantların və yerli sakinlərin hüquqlarını pozan rəsmi Paris vaxtilə Əlcəzair, Ruanda, Mali, Afrikanın və Asiyanın başqa ölkələrindəki vəhşi, irqçi, müstəmləkçi, quldar üzünü indi də Mayottada göstərir.

Sədrəddin Soltan – “Report”

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO