“Yenə efirdəsən” – AUDİO - FOTO
Oktyabrın 4-də jurnalist Məhərrəm İbrahimovun şəhidlik zirvəsinə ucalmasından 4 ay keçdi.
Rakus.az xəbər verir ki, Azərbaycanın 44 Günlük Zəfər savaşı zamanı və ondan sonra da qələmi ilə səngərlərdə tarix yazan şəhid Məhərrəm İbrahimov yenə bizimlə oldu.
O, Azərbaycan radiosu-105 FM-də “Yenə efirdəsən” verilişində öz yazdığı tarixi danışdı.
Verilşin müəllifi və aparıcısı Günay Novruzun yaradıcılıq nümunəsi oktyabrın 4-də saat 15.05-də radioda efirə getdi.
Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, AZTV-nin operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlu həlak olub, dörd nəfər yaralanıb.
Prezident İlham Əliyev iyunun 14-də işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu, Əliyev Arif Ağalar oğlu və İbrahimov Məhərrəm Əli oğlunu “3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.