Elm və təhsil 07.11.2020 18:00

Yer planetinin ən quraq yerindəki torpaqda mikrob tapıldı

Alimlər Yer planetinin ən quraq yerlərindən birinin torpağında çoxlu mikrob aşkarlayıblar. Tədqiqatın nəticələri “Scientific Reports” jurnalında dərc edilib.

Rakus.az xəbər verir ki, tədqiqatın müəlliflərindən biri, Kornell Universitetindən (ABŞ) astronom Alberto Feyrenin sözlərinə görə, Atakama səhrasında 30 santimetr dərinlikdə olan gildə müxtəlif bakteriyalar olduğu müəyyən edilib. Bu, o deməkdir ki, milyard illər öncə Mars planetində analoji şəraitdə həyat ola bilərdi.
Son illər alimlər planetin yaşayış üçün əlverişsiz və əlçatmaz yerlərində müxtəlif mikrobların yaşamasına dair bir sıra nümunələr tapıblar. Məsələn, Marian çökəkliyinin dibində, Hind okeanının dərinliyində, habelə Vostok buzaltı göldə bakteriya koloniyaları aşkarlanıb. Belə mikroorqanizmlərin axtarışı və tədqiqi elm üçün son vacibdir, çünki onların yaşayış şəraiti həyatın mövcudluğu ehtimal edilən Mars planetində, Enkelad, Qanimed, Avropa peyklərində, eləcə də Günəş sistemindəki digər obyektlərdəki şəraitə oxşaya bilər. Yəni Yerdəki ekstremal mikroorqanizmləri öyrənməklə astroloqlar onları kosmosun harasında axtarmağın daha yaxşı olduğunu müəyyən edə bilərlər.

Antarktika və yüksək dağ səhralarında yaşaya bilən bakteriyalar isə xüsusi maraq doğurur, çünki həmin yerlərin iqlimi Marsdakı şəraitə uyğundur.
Feyren və onun həmkarları ən quraq yerlərdən birində – Atakama səhrasının mərkəzindəki Yunqay ərazisində mikroblar aşkar ediblər. Yunqayda çoxlu smektit var. Onun analoqu vaxtilə göl və çayların olduğu Qırmızı planetdə marsoxodlar tərəfindən aşkarlanıb.
Bu cür gillərin qalıqlarını “EkzoMars” missiyası tədqiq edəcək. Plana görə tədqiqat 2023-cü ildə aparılacaq. Buna hazırlaşan planetoloqlar Atakamadan götürülən süxurları ətraflı öyrənməyi qərara alıblar.

Tədqiqat aparılan ərazidə daim böyük temperatur dəyişiklikləri olur, rekord miqdarda ultrabənövşəyi şüalanma baş verir və tərkibində böyük miqdarda oksidləşdirici molekul olur. Alimlər gildə kifayət qədər su və az miqdarda mikrob olduğunu müəyyən ediblər. Gilin ümumi kütləsinin 0,1 faizi bakteriyaların payına düşür. Bu, dünya standartlarına görə çox yığcamdır, lakin həmin mikrobların növ müxtəlifliyi gözlənilməz dərəcədə zəngin olub. Alimlərin sözlərinə görə, onların mövcudluğuna dair izləri həm “EkzoMars”da, həm də iyul ayında Qırmızı planetə göndərilmiş “Perseverance” marsoxodunda quraşdırılmış alətlər aşkar edə bilər.
Feyren və onun həmkarlarının fikrincə, toplanmış gil nümunələri hər iki missiyanın iştirakçılarına Marsda həyat izinin axtarışına hazırlaşmaq və sərəncamlarında olan resurslardan səmərəli istifadə etmək kömək edəcək.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO