Elm və təhsil 26.06.2024 22:21

Yerli əhalisi erməni kimi qələmə verilən Vorontsovka rayonu - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Vorontsovka rayonu haqqında süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Çar Rusiyasının Vorontsovkada siyahıyaalma saxtakarlığı” adlı süjetdə kəndləri yer üzündən silinən, əhalisi amansızlıqla qətlə yetirilərək su quyularına atılan, barışıq bəhanəsi ilə tövlələrə toplanıb yandırılan rayonun tarixi yerlərinin saxtalaşdırıldığı, yaşayış məskənlərində oğuz türklərinin izinin itirildiyi, tarixi abidələrin dağıdıldığı bildirilir.

Qeyd olunur ki, bütün bunlar ermənilərin və havadarlarının məkrli siyasətindən qaynaqlanır: “Qərbi Azərbaycanın Loru mahalının Dağlıq Borçalı ərazisində yerləşən Vorontsovka rayonu ərazisində 1828-1831-ci illərə qədər türklər üstünlük təşkil edib, sonradan buraya Türkiyədən və İrandan kütləvi şəkildə ermənilər köçürülüb. Etnik tərkibi dəyişdirmək üçün Rusiyanın mərkəzi quberniyalarından bura malakanlar da yerləşdirilib. 1905-1907, 1918-1920-ci illərdə Cənubi Qafqazda baş verən münaqişələr zamanı Vorontsovka rayonunun bir çox kəndi erməni vandallarının hücumuna və işgəncələrinə məruz qalıb, azərbaycanlılar tamamilə qovularaq ruslaşdırılıb”.

Diqqətə çatdırılır ki, inzibati ərazi vahidi olan Vorontsovka rayonunun adı 1937-ci il dekabrın 31-də dəyişdirilərək Kalinino adlandırılıb. 1991-ci ildə rayonun adı yenidən dəyişdirilərək Taşir qoyulub. Rayonun Soyuqbulaq kəndi yaxınlığında Armudlu və Qaçaqqıran dərələrində əsrlərin yadigarı olan Soyuqbulaq qayaüstü rəsmlərin mövcudluğu, Cücəkənd kəndində əlləzlilər, qaraqurbanlılar, sakatlar, qarakəllər, dəmirçilər, saraclılar, bocalevi, işvahannılar, çırpanevi, dərvişlər kimi qədim oğuz tayfalarının yaşaması bu məkanın qədim tarixini əks etdirir.

Bildirilir ki, 1948-1953-cü illərdə yenidən deportasiya həyatı yaşayan Vorontsovka sakinləri məcburi prinsiplər altında acınacaqlı vəziyyətdə Azərbaycanın Aran rayonlarına köçürülüb. Son olaraq 1988-ci ildə azərbaycanlılar yaşadıqları 16  kəndi məcburi tərk ediblər. Bundan sonra rayon üzrə 19 tarixi yer adları dəyişdirilib. Nəhayət, 1995-ci ildə mərkəzi Böyük Qarakilsdə, yəni Vanadzor olan Lori mərzliyi yaradılıb.

Sonda vurğulanır ki, Vorontsovka rayonu da müxtəlif vasitələrlə, havadarların köməyi ilə erməniləşdirilib: “Amma bu gün Qərbi Azərbaycan reallığı Ermənistan hakimiyyətinin kabusuna çevrilib. Biz isə doğma yurd-yuvamızda pozulan növrağımızı yenidən qurmaq üçün Qərbi Azərbaycan hədəfinə addım-addım yaxınlaşırıq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında iyunun 26-da   saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Elm və təhsil, Siyasi / 26.06.2024 22:21
Yerli əhalisi erməni kimi qələmə verilən Vorontsovka rayonu - FOTO - VİDEO
Elm və təhsil / 26.06.2024 12:55
Rusların əli ilə erməniləşdirilən məkan – ANONS - VİDEO
Elm və təhsil, Maraqlı / 25.06.2024 22:15
“Qafqaz anlayışı 19-cu əsr anlayışıdır, bu ərazi İçoğuz adlanıb” - FOTO - VİDEO
Siyasi, Təhlil / 25.06.2024 18:38
“İrəvan üçün ən vacib addım seçimini Bakı və Ankaradan yana etməkdir” - FOTO - VİDEO
Elm və təhsil, Maraqlı / 25.06.2024 14:00
Türklərin at üstündə oxla döyüşməsinin sirri – ANONS - VİDEO
Siyasi, Video müsahibə / 25.06.2024 13:27
İrəvan üçün ən vacib addım – ANONS - VİDEO
Elm və təhsil, Video müsahibə / 24.06.2024 22:06
“Xanlıqlar arasında birlik olsaydı, onların heç biri məğlubiyyətlə üzləşməzdi” - FOTO - VİDEO
Təhlil / 24.06.2024 17:13
Ermənistanın qurtuluşunun real yolları – TƏHLİL
Elm və təhsil, Sosial / 22.06.2024 22:54
Səlcuqların Kanlı qolunun məskunlaşdığı ərazi - FOTO - VİDEO
Siyasi, Sosial / 21.06.2024 21:36
“Deyirdilər ki, Göyçə gölü tərəfdən ermənilər gəlib sizi qıracaq” - FOTO - VİDEO
Siyasi / 21.06.2024 16:28
Dəyişməyən mövqelər – Prezidentlə dövlət katibinin telefon danışığı – TƏHLİL
Maraqlı, Sosial / 21.06.2024 14:09
“Atam Vətən həsrətinə dözə bilmədi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 20.06.2024 22:44
“Bakı və Ankara Qərbi Azərbaycana qüvvələr göndərə bilər” - FOTO - VİDEO
Təhlil / 20.06.2024 15:39
Uğur əldə edə bilməyəan hərəkat – Baqratdan qopmalar – TƏHLİL
Təhlil / 20.06.2024 13:47
Qərbi Azərbaycan: Kipr modeli – ANONS
Siyasi, Sosial / 19.06.2024 22:44
Andranikin vəhşiliklər törətdiyi oğuz yurdu - FOTO - VİDEO
Siyasi / 19.06.2024 13:50
Ərazisi 5 dəfə bölünən rayon – ANONS - VİDEO
Gündəm / 18.06.2024 22:48
“İrəvan Respublika Meydanının kabusu-gizlədilmiş həqiqətlər” - FOTO - VİDEO
Gündəm / 18.06.2024 18:30
“Adəm də, Makedoniyalı İsgəndər də, Napoleon da ermənidir?!” - VİDEO
Siyasi, Sosial / 18.06.2024 12:49
“İrəvanda Respublika Meydanının kabusu – ANONS
Siyasi / 18.06.2024 12:27
“Nə üçün Puşkin “sən qorxaqsan, sən qulsan, sən ermənisən” deyib?” – ANONS
Elm və təhsil / 17.06.2024 18:51
Sona Abbasəliqızı Gürcüstan Yazıçılar Birliyinin üzvü seçilib - FOTO
Maraqlı, Sosial / 15.06.2024 22:19
Ağkilsədə ağ daşdan tikələn kilsə üzərində Alban yazısı - FOTO - VİDEO
Sosial / 15.06.2024 14:20
Aşıq Ələsgərin yurdunun tarixi və irsi – ANONS - VİDEO
Maraqlı, Mədəni, Sosial / 14.06.2024 21:41
“Doğma Göyçədə toy edib, qız köçürmək bizə qismət olmadı” - FOTO - VİDEO
Elm və təhsil, Təhlil / 14.06.2024 14:14
“Son zəng”: Azərbaycan adına böyük işlərə çağırış – TƏHLİL