Sosial 28.01.2020 18:04

“Yol poisinin kələyi” videosuna rəsmi açıqlama verildi - VİDEO

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Bakıda yol polisinin sürücülərə tələ qurması ilə bağlı yayılmış videogörüntülər barədə məlumat yayıb.

Rakus.az xəbər verir ki, bu barədə idarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev açıqlama verib.

Açıqlamada deyilir: “Bakıda yol polisi sürücülərə belə tələ qurur” başlığı ilə sosial şəbəkələrdə yayılmış görüntülərlə bağlı aparılmış xidməti araşdırma nəticəsində müəyyən edilib ki, 17.01.2020-ci il tarixdə saat 10:50 radələrində paytaxtın Qaradağ rayonu ərazisində, “Sədərək” ticarət mərkəzinin yaxınlığındakı dairəyə yaxınlaşan “Hyundai Tucson” markalı, 99-SE-113 dövlət qeydiyyat nişanlı minik avtomobilinin qabaq nömrə nişanının palçıqlı olması səbəbindən yaxşı görünmədiyi üçün  həmin ərazidə xidmət aparan BDYPİ-nin Ekoloji nəzarət üzrə YPX bölüyünün əməkdaşları tərəfindən saxlanılıb, lakin sürücü işlədiyi yerə çatdığını və avtomobili işlədiyi obyektin yanındakı yuma məntəqəsinə verəcəyini bildirərək məsuliyyətə cəlb edilməməsini xahiş edib. Sürücü verdiyi şifahi izahatında YPX inspektorlarının məsələyə anlaşıqlı yanaşaraq ona xəbərdarlıq etdiklərini bildirib və bu görüntülərə görə kiminsə xəyali şərhinə əsaslanıb əməkdaşlar haqqında intizam tədbirlərinin görülməməsini xahiş etməklə məsələnin araşdırılmadan ictimailəşdirilməsini ədalətsiz yanaşma kimi qiymətləndirib.

Qeyd olunan avtomobilin sürücüsü özü haqqında məlumatların mətbuat vasitəsilə açıqlanmasının əleyhinə olduğunu bildirsə də məsələnin ictimailəşməsi və saxlanılan şəxsin həqiqətən də onun olması faktının təsdiqlənməsinin vacibliyi diqqətinə çatdırıldıqdan sonra o, ad və soyadının çəkilməməsi şərti ilə idarə etdiyi nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları barədə məlumatın ictimailəşməsinə razılıq verib.

Araşdırma zamanı eləcə də müəyyən edilib ki, həmin patrul avtomobilini idarə edən YPX inspektoru tərəfindən xidmət müddətində, yəni 8 saat ərzində həmin dairədə 7 dəfə dönmə əməliyyatı aparılıb, lakin qeyd olunan “Hyundai Tucson” markalı avtomobildən başqa hər hansı nəqliyyat vasitəsi saxlanılmayıb”.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO