Yolumuz davam edir – Möhsüm Aslanovun seçicilərlə görüşü – FOTO - FOTO
Bu il fevralın 9-da keçriləcək Milli Məclisə seçkilər üzrə 101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən deputatlığa namizəd Möhsüm Qədir oğlu Aslanov dəyərli seçiciləri ilə görüşlərini davam etdirir.
Rakus.az xəbər verir ki, Möhsüm Aslanovun növbəti görüşü Göygöl rayonunun 6 kəndində baş tutub.
Deputatlığa namizəd bu görüşləri belə xarakterizə edib: “Əziz dostlar, Seçicilərlə növbəti görüşümüz 101 saylı Göygöl-Daşkəsən seçki dairəsinə daxil olan Yeni Zodda, Şaykənddə,Quşçu,Qarabulaq,Sarısu və Toğanalı kəndlərində baş tutdu. Hər bir kənddə bizi isti və doğma nəvazişlə qarşılayan Göygöl sakinlərinin problem və qayğılarını dinlədik , sözü gedən kəndlərdə görülməsi vacib olan işlərdən danışdıq. Nikbin ruha sahib seçicilərimiz dedilər ki, bizim sözümüzü yüksək kürsülərdə səsləndirə biləcək, qayğımızı öz qayğısı sayan namizədə səs verəcəyik.
Yolumuz davam edir!..”