Təhlil 16.10.2024 16:06

Yolunu azan və tarixi səhv yazan ermənilər – TƏHLİL

Ermənilərə ən böyük pisliyi böyükləri, ideoloqları edib – Azərbaycan və Türkiyənin ərazilərində guya “Böyük Ermənistan” yaradacaqlarına boyun olmaqları ilə. Onları bu işə sövq edən həm də indi ermənilərə xaricdən dəstək verən böyük güclər və lobbisidir. Yüz ildən artıqdır bu etnik qrupu yalan və saxta ideyalarla aldadıblar. Saxta tarix dərslikləri, düşüncə, yol onların reallıq hissini itirməsinə səbəb olub. Belə təbliğat bu etnik qrupa türklərə (azərbaycanlılara) qarşı xəstəlik dərəcəsində nifrət hissi aşılayıb.

İndi də bu yalanlar, saxtalıqlarla dolu dünyadan qopa bilmirlər. Gerçəyi isə düşmənlik kimi qəbul edirlər.

Heç şübhəsiz, təhsil, maarif istənilən etnosun, cəmiyyətin, insanın formalaşmasında başlıca rollardan birini oynayır. Ermənistanda baş verən xoşagəlməz hadisələrin kökündə bu amillərin durduğu istisna deyil. Kompaslarının, dərslik kitablarının cəhətləri yanlış göstərməsi onların azması ilə nəticələnib.

Oktyabrın 15-də Ermənistanın İnzibati Məhkəməsi Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi tərəfindən qəbul edilməyən VII sinfin “Erməni xalqının tarixi” adlı dərslik kitabı ilə bağlı qərar çıxarıb. Qərara əsasən, dərslik əvvəlki qaydada tədris olunacaq. Vəkil Ara Zoqrabyanın sözlərinə görə, VII sinif üçün “Erməni xalqının tarixi” adlı iki kitab təqdim olunub. Onlardan birinin həmmüəllifi A.Qukasyan və A.Teryan, ikincinin müəllifi isə S.Ovannisyandır. Təhsil Nazirliyi hər iki kitabdan istifadəni bəyənib. Nazirlik birinci kitabı təkrar ekspertizaya təqdim edib. Məhkəmə bu əmri qanunsuz sayıb. Bu isə məktəblərdə birinci kitabın tədrisi deməkdir.

Bu, Ermənistan məktəbləri, müəllimləri ilə Nikol Paşinyan hökuməti arasında yeni ziddiyyətin, qarşıdurmanın yaranmasına yol aça bilər. Bunun tamaşa, şou olacağı da istisna olunmadığından birmənalı şəkildə qarşıdurma adlandırmaq məqbul sayılmır. Ehtimal etmək olar ki, Nikol Paşinyanın “Ermənistan tarixi” dərslik kitabı ideyasının reallaşmaması ölkədə guya yeni ideyanı cəmiyyətin qəbul edilməməsi, plüralizm və s. kimi məsələlərlə əlaqələndirirlər. Başqa sözlə, bu, dar macalda Paşinyanın “mən təklif elədim, cəmiyyət qəbul etmədi” deməsi üçün bir oyunbazlığıdır.

Baş nazirin “dərsliyində” hansı məsələlər çıxarılıb? Bu kitabın adı “Ermənistan tarixi”, yəni dövlətin tarixi kimi təklif edilib. Paşinyan iddia edir ki, artıq onların dövləti var və onun yaranma tarixi tədris edilməlidir. Qarşı tərəf, yəni mövcud kitabın tərəfdarları iddia edir ki, “Erməni xalqının tarixi” elə dövlətin tarixi də deməkdir.

Yeni kitabda “Böyük Ermənistan” “ideyası”, Azərbaycan və Türkiyə ərazilərinin bir hissəsinin Ermənistan torpaqları sayılması öz əksini tapmayıb.

İndi tədris olunan dərslikdə Türkiyə ərazisindəki Ağrı dağı Ermənistan torpağı “Ararat” kimi təqdim olunub. Bu məsələyə hələ ötən il Nikol Paşinyan aydınlıq gətirərək bildirmişdi ki, Ağrı dağı Türkiyənin beynəlxalq səviyyədə tanınmış ərazisindədir. O, ölkəsində ən hündür dağın Ağrı dağı (Ararat) deyil, Araqats olduğunu söyləyib: “Ararat və Araqatsdan söz düşmüşkən, mən Ermənistanın suveren ərazisi olan və ya olmayan ərazilərdən danışıram. Araqat Ermənistanda, Ağrı dağı isə Türkiyədədir. Türkiyə ilə bizim dəqiq müəyyən edilmiş sərhədimiz var. Pisdir, yoxsa yaxşıdır? Əlbəttə yaxşıdır”. Bu məsələyə Türkiyədən də baxmağı təklif edərək demişdi: “Ermənistanda uşaqlar bunu necə bilirlər?”

Paşinyan bunu hökumətin təhsil siyasətinin nəticəsi kimi qiymətləndirib: “Uşaqlar Ermənistanın ən yüksək dağını Araqats yox, Ararat adlandırırlarsa, bu, Ermənistanın Türkiyəyə qarşı ərazi iddiaları olması deməkdir”.

O qeyd edib ki, belə halda Türkiyə Ermənistanın inkişafına kömək etməz və onu məhv etmək üçün hər şeyi edər: “İndi isə sual verirəm: Ermənistanda ən yüksək dağ hansıdır? Cavab: Araqats”.

Həmin kitabda “Qərbi Ermənistan” adlanan ərazidə saxta erməni kilsələri də tədris olunmur.

Yanlış tədris vəsaiti, tədris özünə oxşar nəticələr törədib. Ermənistanın yardımçı atributları – himni və gerbində də işğalçılıq, başqa dövlətlərin ərazisinə iddia öz əksini tapıb.

Ölkə rəsmiləri bunların da dəyişdiriləcəyinin anonsunu veriblər. 2027-ci ildən sonra yeni konstitusiyanın yazılacağı barədə də açıqlama verilib.

Ancaq bütün bunlar sözdədir. Onların arasında reallaşan təkcə “Ermənistan tarixi” kitabı idi, İnzibati məhkəmənin qərarı ilə onun da tədrisi dayandırıldı.

Ötən gün Ermənistan parlamentinin sədri Alen Simonyan Parlamentlərarası İttifaqın 149-cu assambleyasında çıxışı zamanı bildirib ki, Azərbaycanla sülh sazişi ilə bağlı tam 16 bənd üzrə razılıq əldə edilib.

Yeri gəlmişkən, bu günlərdə Ermənistanın Konstitusiya Məhkəməsi sərhədlərin müəyyənləşməsinə dair Azərbaycanla yaradılan birgə işçi qrupunun reqlamentini təsdiqləyib. Ancaq ölkədə buna qarşı çıxanlar az deyil. Onlar iddia edirlər ki, məhkəmə konstitusiyaya zidd qərar çıxarıb. Çünki müstəqillik haqqında konstitusiya aktında Azərbaycana qarşı ərazi iddiası var. İki ölkə arasında sərhədlərin müəyyənləşməsi isə bu sənədə ziddir.

Odur ki, dərslik kitabından, himnə, gerbə, sülh sazişinə, Ermənistan rəhbərlərinin normallaşma prosesi ilə bağlı açıqlamaları və başqa məsələlər konstitusiyaya bağlıdır. Belə ki, əsas qanundan işğalçılıq, təcavüzkarlıq çıxarılarsa, o biri saxtakarlıqlar da domino daşı kimi sıradan çıxar. Bu, yeni Ermənistanın, deməli yeni erməni etnik qrupunun yaranmasına əsas olar. Odur ki, kitabla bağlı məsələ elə də sadə problem deyil. Nikol Paşinyan bu məsələdən belə siyasi istəyi üçün yararlanmağa səy göstərir. Təəssüf ki, ermənilərin kitabı səhv yazılıb. Paşinyan özü də bu səhv tarixi oxuyanlardandır. Böyükləri və havadarları onları azdırıb. Kitabı səhv, əsas qanunu işğalçı olan cəmiyyət yolsuz qalıb.

Sədrəddin Soltan – “Report”

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO