Sosial 23.06.2019 13:38

Yubileyiniz mübarək, Olya xanım! - FOTO

 

Böyük Hüseyn Cavidin gözəl bir kəlamı vardır- “Sürüklənən bəşəriyyət qadınla yüksələcək.” Bəli, qadın böyük qüvvədir. Harada varsa, ora gülüstana çevrilir. Bu gün sizə əməlləri ilə yaşadığı şəhərdə böyük nüfuz qazanmış qadınlardan biri- Olya Zəbi qızı İslamova haqqında söhbət açmaq istəyirəm. Uzun illərdir “Sumqayıtın tarixi” muzeyində çalışır. Xeyli vaxtdır ki, həmin muzeyə rəhbərlik edir…

Deyir ki,- “Ömrümün böyük hissəsi bu muzeydə keçib. İlk dəfə işə başlayanda iyirmi yaşım var idi. Artıq o vaxtdan əlli il ötür. Burada hər bir eksponat mənə doğmadır”…

İşgüzar, məsuliyyətli, qayğıkeş və təvazökar xanımdır. Həzin musiqidən zövq alır. Təbiət qoynunda istirahət etməyi xoşlayır. Hadisələrə obyektiv yanaşma tərzi, düzgün dəyərləndirmə səriştəsi yüksək səviyyədədir. Kiminsə xətrinə dəyməz, gülərüz, mehriban insandır. Ünsiyyətdə nəzakətlidir. Yüksək mədəniyyəti, kübar davranışı ilə ürəkləri fəth etməyi bacarır…

Rəhbərlik etdiyi “Sumqayıtın tarixi” muzeyi şəhər haqqında məlumatları qoruyub saxlamaqla yanaşı, həm də bir mədəniyyət məbədidir. Burada poeziya gecələri, yazarlarla, əmək və muharibə veteranları ilə görüşlər, eləcə də müxtəlif mədəni-kütləvi tədbirlər çox keçirilib. Hər birinin təşkilati məsələlərində onun da əməyi vardır. Göstərdiyi xidmətlər cavabsız qalmayıb. “Tərəqqi” medalı ilə təltif olunub, “Əməkdar Mədəniyyət İşçisidir”…

İyunun 23-ü Olya xanımın yubileyidir. Hələ də gənclik təravətini qoruyub saxlamış, bu gözəl xanımı ABŞ-ın “Michigan History Museum”-un fəaliyyət göstərdiyi Lansinq şəhərindən salamlayır, Ona möhkəm can sağlığı, firəvan həyat arzulayırıq.

Yubileyiniz mübarək, Olya xanım!

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO