İqtisadi 09.04.2019 12:47

Yüz min tonlarla kartof məhv olacaq – Saleh Məmmədov

Xəbər verdiyimiz kimi, aprelin 5-də Nazirlər Kabineti daxili bazarda qiymət artımı müşahidə olunan soğan, kartof və kələmin ixracına əlavə rüsum tətbiq edib. Qurumun qərarı ilə soğan və kələmin ixracına 1 kiloqram üçün 2 dollar, kartofda isə 1 dollar rüsum müəyyənləşdirilib.
Soğan və kələmin ixracına rüsum tətbiq olunması razılıqla qarşılansa da, kartofla bağlı atılan addım etirazlara səbəb olub. Cənub bölgəsində faraş kartof yetişdirən fermerlər etirazlarını rayon icra strukturlarına çatdırmaq üçün toplantı belə keçiriblər. Bu etirazlar Nazirlər Kabinetinin kartof ixracına əlavə rüsum tətbiq etməsinə dair qərarının doğru addım olub-olmadığına dair müzakirələrə yol açıb.
Rakus.az xəbər verir ki, , sabiq maliyyə naziri, professor Saleh Məmmədovun məsələ ilə bağlı dediyinə görə, kartofun qiymətindəki bahalaşma mövsümi xarakterli olub: “Qiymət artımı mövsüm üçün xarakterik bir haldır: köhnə məhsul bitmək üzrədir, yeni isə bazara çıxmayıb. Bir-iki həftəlik müddətdə çox da yüksək həddə olmayan bahalaşma baş verdi. Bu, hər il baş verən prosesdir. Bunu bilə-bilə Nazirlər Kabinetinin kartofun bir tonu üçün birdən-birə 1000 dollar rüsum təyin etməsi məntiqsiz və heç bir iqtisadi qanunauyğunluğa sığmayan addımdır. Bu qərar meşədən meyvə və giləmeyvələrin yığılmasına cərimə tətbiq olunması qərarı qədər absurd, bütün bazar prinsiplərinə ziddir. Digər tərəfdən, son vaxtlar ölkədə müəyyən qədər iqtisadi fəallıq müşahidə olunur, iqtisadi artım müəyyən qədər sürətlənib. Bu isə istər-istəməz qiymətlərə də artım yönündə təsir edir. Qiymətlərin uzun müddət dəyişməməsi və ya azalması iqtisadi durğunluqdan xəbər verir. İnkişaf etmək istəyiriksə, qiymət artımının da davamlı olacağını nəzərə almalıyıq. Hökumət müəyyən iqtisadi rıçaqlarla bahalaşmanın effektiv həddə saxlamağa çalışmalıdır. Bu rıçaqlar bazar iqtisadiyyatı prinsiplərinə uyğun olmalıdır, əks halda, iqtisadi fəallığı zəiflədəcək.
Başqa bir tərəfdən, qərar prezident İlham Əliyevin müəyyən etdiyi qeyri-neft ixracının dəstəklənməsi siyasətinə, islahatlar kursuna qarşıdır. Bu siyasət qeyri-neft məhsullarının ixracının dövlət tərəfindən bir neçə istiqamətdə dəstəklənməsini nəzərdə tutur: ixracın təşviqi, prosedurların sadələşdirilməsi və sair. İxracat ölkənin valyuta ilə təminatı, qeyri-neft istehsalının stimullaşdırılması deməkdir. Bu qərar isə həyata keçirilən siyasətə qarşı yönəlib və düşünürəm ki, prezident onu dayandıracaq”.
S.Məmmədov bildirir ki, faraş kartof böyük əziyyət və maliyyə tələb edən məhsuldur: “Faraş kartof istixana şəraitində yetişdirilir, çox da baha başa gəlir. Yəni əldə olunan məhsulun maya dəyəri yüksək olur. Bunun əziyyətini və xərcini çəkib becərən fermer-kəndli ümidini ona bağlayır ki, məhsulunu xaricə satıb qoyduğu xərci çıxaracaq, əlavə də qazanc əldə edəcək. Nazirlər Kabinetinin qərarı isə onları nəinki əlavə gəlirdən, həm də qoyduqları vəsaiti geri qaytarmaqdan məhrum edir. Çünki faraş kartof-soğanı uzun müddət saxlamaq qeyri-mümkündür, iki-üç həftəyə məhv olub gedir. Məhsulun yenicə çıxarılmasına başlandığı günlərdə bu qərarın verilməsi istehsalçının gözlədiyi bütün gəlirini əlindən almaq deməkdir. Yüz min tonlarla kartofu Azərbaycan bir neçə həftəyə istehlak etmək gücündə deyil. Buna görə də qərar qüvvədə qalarsa, yüz minlərlə ton məhsul məhv olacaq. Digər tərəfdən, ixrac edilən ölkələrlə əvvəlcədən müqavilələr imzalanıb, onlar məhsul gözləyirlər. Bu məhsulu almasalar, növbəti il bir daha Azərbaycandan nəsə almayacaqlar, beləliklə də fermerlər böyük bir bazarı itirmiş olacaqlar və beynəlxalq etibardan düşmə, kəskin ziddiyyətlər olacaq”.
Professor deyir ki, belə qərarlar məhsul istehsalı planlaşdırılarkən elan olunmalıdır: “Minlərlə fermer işini planlaşdırıb, məhsul istehsal edib. Bu adamlara 5-6 ay əvvəldən məlumat verilməliydi ki, onların da işlərini başqa istiqamətdə qurmağa vaxtları olardı. Məsələn, indi qərarı gələn ilin məhsulu ilə bağlı qəbul etmək mümkündür, əgər bu bütün bazar prinsiplərinə uyğundursa. Məhsul yetişən zaman bu cür qərar verilməsi peşəkar baxımından da qəbuledilməzdir. Başqa bir tərəfdən, ötən ilin istehsal dövründə soğanın qiyməti 10 qəpik idi. Dövlət həmin vaxt daxili istehlakı planlaşdırmaqla, məhsulun bir qismini alıb anbarlarda saxlamalı idi. Bu, həm məhsul yetişdiyi dövr üçün hədsiz ucuzlaşmanın qarşısını almağa imkan verərdi, həm də indiki bahalaşma dövründə bazara məhsulla intervensiya edib qiymətləri tənzimləməyə. Bütün dünya bu yolla gedir, çünki bazar iqtisadiyyatı prinsipləri bunu tələb edir. Düşünülməmiş inzibati qərar ciddi siyasi və iqtisadi zərərləri ola biləcək bir addımdır və ümid edirəm ki, dövlət başçısı bu prosesi dayandıracaq”. (Musavat.com)

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO