Yüz üç ilin dəyişməz təfəkkürü – EKSPERT
“Avropa qəzetləri sabit məsləklərlə ətraflarına milyonlarca adamlar toplayırlar”.
Rakus.az xəbər verir ki, Yusif Vəzir Çəmənzəminlinin 1916-cı ildə yazdığı bu fikirləri təhsil üzrə ekspert Etibar Əliyev paylaşaraq əlavə edib:
“Mətbuatımız axsamağa başlayıb. Müqtədir yazıçılarımız fikirlərini bəyan etməyə lazımi bir qəzet və ya məcmuə tapmayıb, sükuta qərq olur, onların əvəzində ortalığa elmsiz, biliksiz adamlar çıxırlar. Avropa qəzetləri sabit məsləklərlə ətraflarına milyonlarca adamlar toplayırlar. Həmişə onlara rəhbərlik edirlər, ona görə böyük-böyük məsələləri qəzetlər vasitəsilə həll eləyirlər. Qəzetçilik bizlərdə ad, şöhrət, mod və qazanc məqsədi ilə olur. Görürsən varlığından heç kəsin xəbəri olmayan bir şəxs həftəlik bir məcmuə nəşr etməyə başladı. Nə tövr məcmuə olsa olar, xərcini çıxardacaq. “Müdir” cənablarının da fikri budur ki, bir neçə vaxtlığa adı çıxsın. Bir neçə aylığa ağzına gələni yazır. Özgələrin ağzında dastan olmuş fikirlərini yenə də təkrar eləyir, qəzetçiliyi bununla qurtarır.” Yusif Vəzir Çəmənzəminli, 1916-cı il.