“Zəfərə gedən yol”
Bu günlərdə polkovnik Yaşar Kərimovun “Zəfərə gedən yol” kitabı çapdan çıxıb.
Rakus.az xəbər verir ki, “Qərbi Azərbaycan (indiki Ermənistan) Azadlıq Təşkilatı” İB İdarə Heyətinin sədri, İrəvan Türk Cümhuriyyəti Millət Şurasının üzvü Əli Vəliyevin kitabla bağlı fikirlərini bölüşüb.
“Kitabda diqqətimi çəkən həm nəşrin məzmunu, həm də tərtibatı oldu və qısa da olsa kitab haqqında öz fikirlərimi bölüşdürmək qərarınına gəldim. Kitabın müəllifi polkovnik Yaşar Şükür oğlu Kərimov həm 1-ci Qarabağ müharıbəsinin iştirakçısı olmuş, həm də 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası tərkibində birliyin arilleriyasının qərargah rəisi olmuşdur. Vətən müharibəsinin ilk günündən sonuna kimi iştirak edən və döyüş bölgəsini qarış-qarış gəzən müəllif kitabda tarixi qələbənin hər gününü xronoloji ardıcıllıqla geniş faktlarla yazmış, ordumuzun qələbəsini, Azərbaycan əsgərinin apardığı uğurlu hərbi əməliyyatların təhlilini vermişdir. Özü bu ağır döyüşlərdə bilavasitə iştirak edən müəllif əsgərlərimizin qəhrəmanlığından, şücaətindən, igidliyindən bəhs edən maraqlı xatirələrə geniş yer vermişdir.Cəbrayılın, Suqovuşanın, Xudafərin körpüsünün, Zəngilanın, Qubadlının, Hadrutun, Şuşanın, Murovdağ silsiləsinin erməni faşistlərindən azad olunması, əməliyyatlara hazırlıq, əməliyyatların məxfiliyi, yüksək səviyyədə əməliyyatların həyata keçirilməsi kitabda xüsusi təsvirlərlə verilmişdir. Azad edilmiş ərzilərimizin rəngli xəritələri də kitabda göstərilmişdir. Müxtəlif ölkələrdən gəlmiş erməni daşnaklarına köməklik edən muzdlu əsgərlərin xatirələrində rəşadətli Azərbaycan əsgərinin erməni faşistlərinə tutduğu divan daha da maraqlıdır. Hadrutun və Şuşanın alınması isə hələ də dünya hərbi ekspertləri tərəfindən araşdırılır. Şuşada öldürülən yüzlərlə erməni daşnakları boğazından bıçaqlanmış, ya da insan dişləri ilə şah damarından parçalanmışdır. Erməniləri yalın əllə Şuşadan qovan igid Azərbaycan əsgərlərinin qəhrəmanlığından lərzəyə düşən düşmənlərimizin xatirələri də maraqlıdır.
Kitabda Azərbaycan Xüsusi Təyinatlarının, Naxçıvan Əlahiddə Ordusunun Vətən müharibəsindəki rolu, onların qəhrəmanlığı, onların tarixi missiyası yüksək səviyyədə araşdırılmışdır. Vətən müharıbəsində dost ölkələrin mənəvi köməyi, Türkiyənin qardaş yardımı, düşmənlərimizi lərzəyə salan, dünyanın aparıcı hərbi dövlətlərini təəcübləndirən
“Bayraktar TB2” PUAları, düşmənlərin başına yağdırılan raket və mərmilər, igid əsgərlərimiz haqqında maraqlı məlumatlar yer almışdır. Son 30 ildə erməni silahlı qüvvələrinin 2500-3500 metr dağ yüksəkliyində qurduğu keçilməz istehkamlarının dağıdılması, düşmənlərin əsr götürülməsi, üst-üstə qalanmış düşmən leşləri Azərbaycan əsgərinin qələbəsini daha da şöhrətli, möhtəşəm edir. Ali Baş Komandanımız İlham Əliyev başda olmaqla Azərbaycan Ordusunun zabit və əsgər heyəti, əsgərlərimizin şücaəti, onların qarşına qoyulan məsələnin dəqiq yerinə yetirilməsi, xalqımızın Ali Baş Komandan ətrafında sığ birləşərək ordumuza dəstək olması, Cənab Prezidentimizin Vətən müharibəsi dövründə xalqımızı ruhlandıran çıxışları və müharibədən sonra onun rəhbərliyi ilə Qarabağda həyata keçirilən quruculuq işlərindən həm məzmunlu məqalələrə, həm də rəngli şəkillərə kitabda geniş verilmişdir. Kitabda müəllifin şəxsən tanıdığı silahdaşları haqqında qürurverici məlumatlar, onların döyüşdəki qəhrəmanlığı, müharibədə göstərdikləri igidliklərə görə Ali Baş Komandamın sərəncamı ilə aldığı orden və medallar haqqında məlumatlar da oxuculara təqdim olunmuşdur.
Yer gəlmişkən döyüşlərdə göstərdiyi igidliyə görə Ali Baş komandanın sərəncamı ilə polkovnik Yaşar Kərimov özü də aşağıdakı medallarla təltif olunmuşdur: “Vətən uğurunda”, “Cəbrayılın azad olmasına görə”, “Qubadlının azad olunmasına görə”,”Vətən müharibəsi iştirakçısı”, 2-ci dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalları.
Artıq faşist ideologiyasına xidmət edən erməni daşnaklarından Qarabağımz azad olmuş və indi görürük ki, onlar gözəl yurdlarımızı viran qoymuş, talayıb dağıtmışlar. Bu ermənilərə məxsus bir xislətdir. Uzun illərdi özlərində bir qəhrəmanlıq obrazı yaratmağa çalışmış erməni daşnak hərbi maşını rəşadətli Azərbaycan Əsgəri tərəfindən 44 günə tam çökdürüldü və ermənilərə yardım etməyə çalışan havadarları da bu müharibədə biabırcasına məğlub oldular. Onların ikiüzlü siyasəti də iflasa uğradı. Kitabın əsas ana xəttini 27 sentyabrdan 10 dekabr Zəfər paradına kimi olan dövrdə mərd, qorxmaz, igid, şücaətli Azərbaycan Əsgərinin rəşadəti tutur.
Gənclərimizin təlim-tərbiyəsində, bu kitabın əhəmiyyəti olduqca böyükdür. Ona görə ki, bu ZƏFƏR xalqımızın, ordumuzun iradəsi, əsgərlərimizin igidliyi və şücaəti, şəhidlərimizin qanı bahasına əldə olunub. Bu zəfər tarixi boyu yaşadılacaq, şəhidlərimizin xatirəsi daima uca tutulacaqdır.
Müəllif böyüyüb boya-başa çatdığı Göyçə mahalının, eləcə də Qərbi Azərbacanımızın da yaxın illərdə düşmən tapdağından azad ediləcəyi və tarixi yurdlarımıza qayıdacağımıza inanır. Prezidentimizin Qərbi azərbaycanlılarla görüşü və oradakı çıxışı bizdə bu qayıdışın daha da tezləkdiriləşdiriləcəyinə bir əminlik yaradıb və müəllif də Qərbi azərbaycanlılar kimi ata-baba yurduna dönəcəyi günü səbirsizliklə gözləyir”.