Prezidentin parlament uğuru – deputatların Zelenski qorxusu – TƏHLİL - FOTO
Ukrayna parlamenti Prezident Vladimir Zelenskinin seçkiqabağı kampaniyası zamanı anti-korrupsiya vədlərinin bir hissəsi olaraq, deputatların toxunulmazlığının ləğv edilməsinə səs verib.
Rakus.az xəbər verir ki, əvvəllər deputatlar yalnız fərdi iş üzrə parlament səsverməsi yolu ilə toxunulmazlıqdan məhrum edilə bilərdi. Lakin sentyabrın 3-də 450 yerlik parlamentdə 373 deputat qanun layihəsinin lehinə səs verib, 3 nəfər bitərəf qalıb, 28 nəfər isə iclasa qatılmayıb.
“Biz toxunulmazlığın qaldırılacağına söz vermişik, Ukraynada xüsusi bir statusa sahib olmayan bir adamın belə olmayacağına söz vermişik”, – V.Zelenskinin “Xalqın xidmətçisi” Partiyasından deputat Aleksandr Dubinski deyib.
“Bu qanuna səs vermək və bu zaldan kənarda olan insanları burada olanlarla bərabər şərtlərdə qoymaq bizim borcumuzdur”, – o əlavə edib.
Səsvermədən əvvəl Prezident Vladimir Zelenski deputatların toxunulmazlığının “tarixin zibil qutusuna” atılmasının vaxtı gəlib çatıb və ukraynalıların 90 faizi bunun baş verməsini görmək istəyir.
Müxalifət isə bildirib ki, qanunvericilərin toxunulmazlığının ləğvi onları siyasi motivlərlə mühakimə olunmaları qarşısında həssas vəziyyətdə qoyur.
V.Zelenskinin islahatlarlarla bağlı təəhhüdlərinə sadiq qaldığına işarə edən yeni qanun gələn ilin əvvəlindən qüvvəyə minəcək.