Siyasi 29.08.2024 22:49

Zəngəzur dəhlizi ilə bağlı razılaşmanın sirləri açılır – İrəvan hansı sənədə imza atıb? - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Rusiya Zəngəzur dəhlizinin açılması üçün Ermənistana təzyiqlərini artıracaq” adlı süjetdə süjetdə Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfərinə, Moskvanın Ermənistanda və bölgədəki maraqları, geosiyasi mübarizənin regiona təsirləri, Zəngəzir dəhlizi ətrafında intriqaların kəskinləşməsi ilə bağlı məsələlərə toxunulur.

Bildirilir ki, indiki diplomatik mübarizə tarixi torpaqlarımız olan Qərbi Azərbaycan məsələsini aktuallaşdırır: “Çünki Zəngəzur dəhlizinin açılması tarixi torpaqlarımıza qayıdış strategiyasının əsas kompenentlərindən biridir. Hazırda müşahidə edilən prosesləri nəqliyyat dəhlizləri üzərindəki mübarizə adlandırmaq mümkündür. Bu mübarizədə Zəngəzur dəhlizi açar mövqeyə malikdir. ABŞ Cənubi Qafqazdakı kommunikasiyanı Rusiya və Çinin iştirakı olmadan, öz planına uyğun aça bilərsə, Orta dəhlizi nəzarətə götürəcək və Moskva üçün həyati əhəmiyyət kəsb edən Şimal-Cənub nəqliyyat layihəsinə problem yaradacaq. Rusiya önə çıxarsa, həm regiondankənar qüvvələri oyundan çıxaracaq, həm regionun kommunikasiyasında iştirak imkanı əldə edərək, Orta dəhlizdə mövqelərini gücləndirəcək, həm də Şimal-Cənub layihəsinin işləkliyini təmin edəcək”.

Qeyd olunur ki, pərdəarxası proseslərdə Zəngəzur dəhlizi ətrafında intirqalar kəskinləşib və Rusiya dəhlizin 2020-ci il 10 noyabr razılaşmasının 9-cu bəndinə uyğun, yəni Federal Təhlükəsizlik Xidmətinin (FTX) iştirakı ilə açılmasında israrlıdır. Bunun üçün Ermənistana təzyiqlərini artıracaq. Ermənistanın təzyiqdən yayınmaq üçün iki istiqamətdə addım atacağı mümkün variantlardandır. Birincisi, İrandan dəstək istəyəcəklər. İkincisi, Qərbdən praktiki dəstək almağa çalışacaqlar. Bu, Qərb qüvvələrini bölgədə yerləşdirilməsini sürətləndirə, hətta buna zəmin yaratmaq üçün Azərbaycanla sərhəddə təxribat hücumlarını genişləndirə bilər. Bu təxribatların məsuliyyəti Ermənistan və onu dəstəkləyən ölkələrin üzərinə düşür”.

Sonda vurğulanır ki, mümkün təxribatlar Azərbaycan Ordusunun hərəkətə keçməsi və şərti sərhədlərin tarixi torpaqlarımızın – Qərbi Azərbaycanın dərinliklərinə qədər irəli çəkilməsi ilə nəticələnə bilər: “Ermənistan təxribata əl atanda iki dəfə düşünməlidir…”

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında avqustun 29-da saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 29.08.2024 22:49
Zəngəzur dəhlizi ilə bağlı razılaşmanın sirləri açılır – İrəvan hansı sənədə imza atıb? - VİDEO
Hərbi / 29.08.2024 19:29
Döyüş yoldaşlarını əsir düşməkdən xilas edən Qəhrəman - FOTO - VİDEO
Siyasi, Sosial / 29.08.2024 17:39
Yeni dövrə layiqli namizədlə
Siyasi / 29.08.2024 14:31
“Elmi, diplomatik və ictimai fəaliyyətimiz yalnız dövlətimizə və xalqımıza xidmət üçündür” – Rizvan Nəbiyev - FOTO
Siyasi, Təhlil / 29.08.2024 13:43
Moskva Zəngəzurla bağlı sirləri açır – ANONS - VİDEO
Siyasi, Sosial / 28.08.2024 22:08
Ağbulaq toponimləri və hidronimləri – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi / 28.08.2024 19:05
Əli Hüseynli Mingəçevirdə gənc seçicilərlə görüşüb - FOTO
Siyasi / 28.08.2024 18:59
Rizvan Nəbiyev: “Abşeronlu gənclərin xaricdə təhsil almasına nail olmalıyıq” - FOTO
Siyasi / 28.08.2024 16:00
Rayon seçiciləri: “Bizim seçim Tamam Cəfərovadır” - FOTO
Siyasi / 28.08.2024 14:56
Erməni Prezidentin adını dəyişdirdiyi kənd – ANONS - VİDEO
Elm və təhsil, Sosial / 27.08.2024 22:23
“Ermənilər Göyçə-Şəmşəddil bölgələrində qazıntıları fəallaşdırıb” - FOTO - VİDEO
Müsahibə, Video müsahibə / 27.08.2024 19:00
“Ermənistan başa düşməlidir ki, “yaxın qonşu uzaq qohumdan yaxşıdır” - VİDEO
Elm və təhsil, Maraqlı / 27.08.2024 14:18
Ermənilər Qərbi Azərbaycanı “qazır” – ANONS - VİDEO
Müsahibə / 27.08.2024 13:29
Sülh müqaviləsi İrəvana nə vəd edir? – ANONS - VİDEO
Siyasi / 27.08.2024 12:35
Rizvan Nəbiyev: “Şagird-millət vəkili dialoqu müsbət nəticələr verə bilər” - FOTO
Siyasi / 27.08.2024 12:20
Naqif Həmzəyev Yeni Gəncə yaşayış massivində seçicilərlə görüşüb – YENİLƏNİB - FOTO
Gündəm / 27.08.2024 11:40
Qərbi Azərbaycan İcması AŞPA ilə bağlı BƏYANAT yayıb
Siyasi / 27.08.2024 11:18
Biləcəri seçiciləri layiqli namizədinə səs verəcəklər - FOTO
Elm və təhsil, Müsahibə / 26.08.2024 22:29
“Mığrı rayonunun adı Muğ türk tayfasının adı ilə bağlıdır” - VİDEO
Siyasi / 26.08.2024 13:22
Gəncədə seçicilərin sevdiyi namizəd - FOTO
Siyasi / 25.08.2024 17:37
Seçicilər Hümbət Hüseynova inanırlar - FOTO
Mədəni / 24.08.2024 21:40
“Qərbi Azərbaycan geyimləri türk dünyasının tərkib hissəsidir” - FOTO - VİDEO
Siyasi / 24.08.2024 14:14
Tamam Cəfərova seçicilərlə görüşünü davam etdirir - FOTO
Mədəni / 24.08.2024 10:56
Aşıq Ələsgər yaradıcılığına həsr olunmuş konsert - FOTO
Maraqlı, Siyasi / 23.08.2024 22:01
“Raykomdan deyirdilər ki, Qazax tərəfə getməyin, ermənilər əlisilahlı yolda hazır durublar” - FOTO - VİDEO
Siyasi / 23.08.2024 19:30
Hümbət Hüseynovun seçicilərlə növbəti görüşü - FOTO