Təhlil 03.07.2025 22:43

“Zəngəzura görə Paşinyanı devirmək istəyirlər – Çevriliş planının detalları” - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb. 

Rakus.az xəbər verir ki, “Üzə çıxan gizli səs yazısında hansı məqamlar var?” adlı süjetdə Ermənistanda siyasi çaxnaşmanın hökm sürməsindən bəhs olunur.

Bildirilir ki, Baş nazir Nikol Paşinyanın başda II Qaregin olmaqla Erməni Apostol Kilsəsinə qarşı elan etdiyi “müharibə” artıq din adı altında siyasətlə məşğul olanların neytrallaşdırılması mərhələsinə keçib. Buna səbəb kilsənin “müxalifətin çevriliş planı”nı dəstəkləməsi, daha dəqiq desək, bu planın birbaşa iştirakçısı olmasıdır. “Civic.am” saytında yayımlanan “müxalifətin çevriliş planı” Paşinyanın sentyabr ayında devrilməsinə hazırlığın getdiyini göstərir. Çevriliş planı mediada tirajlandıqdan sonra Ermənistan İstintaq Komitəsi araşdırmalara başladı. “Müqəddəs mübarizə” hərəkatının rəhbəri keşiş Baqrat Qalstyan və tərəfdarları həbs olundu. Daha sonra Şirak Yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Acapaxyan saxlanıldı. Bununla yanaşı, bütün ermənilərin katolokosu II Qareginin iqamətgahında axtarışlar aparıldı.

Qeyd olunur ki, 2018-ci ildə hakimiyyətə gəlişindən sonra Paşinyanla kilsənin “ulduzu barışmayıb”, tərəflər arasında həmişə soyuq münasibətlər mövcud olub, lakin ilk dəfədir ki, bu mübarizə açıq müstəviyə keçib. Ermənistan hakimiyyətinin məhz indi hərəkətə keçməsinin arxasında Rusiyanın yenidən Ermənistandakı mövqelərini bərpa etmək cəhdləri, eləcə də  2026-cı ildə keçiriləcək seçkiləri dayanır.

Diqqətə çatdırılır ki, Paşinyan seçkidən öncə əsas qüvvələri neytrallaşdırmağa çalışır: “Ən önəmli məqamlardan biri Ermənistanda çevriliş hazırlayan və buna görə həbs edilənlərin Azərbaycana qarşı revanşizm mövqeyindən çıxış etməsi, Bakı-İrəvan xəttində sülh sazişinin imzalanmasına qarşı çıxmasıdır. Onların neytrallaşdırılması mümkün sülh sazişi önündəki maneələrin aradan qaldırılması kimi də qiymətləndirilir”.

Keçmiş erməni deputat Sofiya Hovsepyan iddia edir ki, Paşinyanın məqsədi ona mane ola biləcək qüvvələri zəiflətmək və Azərbaycan və Türkiyə ilə əldə olunan razılaşmaları həyata keçirməkdir.

Sonda vurğulanır ki, Cənubi Qafqazda daşlar yenidən paylanılır, Azərbaycan isə oyunqurucu mövqeyini qorumaqdadır: “Hadisələrin sonunda Zəngəzur dəhlizinin açılması perspektivi aydın görünür”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında iyulun 3-də saat 20:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Təhlil / 03.07.2025 22:43
“Zəngəzura görə Paşinyanı devirmək istəyirlər – Çevriliş planının detalları” - VİDEO
Siyasi / 03.07.2025 14:40
İrəvanda çevriliş planı – ANONS - VİDEO
Elm və təhsil / 02.07.2025 22:33
“Piotrovski ermənilərin qədim sikkə yalanını ifşa etdi” - VİDEO
Elm və təhsil / 02.07.2025 14:31
Ermənilərin 12 min yalanı – ANONS
Siyasi, Sosial / 01.07.2025 22:59
Aşağı Qızqala, Aşağı Qoylasar, Aşağı Qulubəyli, Aşağı Darğalı – türk tarixinin izi - VİDEO
Müsahibə, Mədəni / 01.07.2025 19:12
“Xalçalarda ikibaşlı və üçbaşlı quşların simvollarının mənası” - VİDEO
Sosial / 01.07.2025 14:35
Çarın erməniləşdirdiyi yaşayış məskəni – ANONS - VİDEO
Mədəni / 01.07.2025 13:22
Zəngəzurda deşifrə edilmiş rəmzlər – ANONS - VİDEO
Müsahibə / 01.07.2025 10:22
“Ermənilər Azərbaycanda yaşamaq hüququnu özləri itiriblər” - VİDEO
Siyasi, Təhlil / 26.06.2025 23:11
“Paşinyanın İstanbul səfərinin pərdəarxası – Ermənistan “Turan”a qoşulur” - VİDEO
Siyasi / 26.06.2025 14:26
Ermənistan “Turan”a qoşulur – ANONS - VİDEO
Elm və təhsil / 25.06.2025 22:13
“Vikinqlər Azərbaycan ərazisindən köçən prototürklərin davamçılarıdır” - VİDEO
Elm və təhsil / 25.06.2025 13:49
“Etrusk yazıları türkcədir” – ANONS
Siyasi, Sosial / 24.06.2025 22:09
Aşağı Qarakoymaz, Aşağı Qaraçimən, Aşağı Qarxın – türk tarixinin izi - VİDEO
Elm və təhsil, Siyasi / 24.06.2025 19:00
“İndiki İrəvanın gerbindəki rəmzlər İrəvan xanlığının bayrağından qəbul edilib” - VİDEO
Sosial / 24.06.2025 14:34
Qarxın tayfasının qurduğu yurd yeri – ANONS - VİDEO
Elm və təhsil / 24.06.2025 13:22
İrəvan gerbindəki türk rəmzləri – ANONS
Müsahibə / 23.06.2025 23:04
“Sayat Nova Azərbaycan dilinin incəliklərinə dərindən bələd olub” - VİDEO
Elm və təhsil / 23.06.2025 11:27
Tarixçi alim beynəlxalq konfransda Azərbaycan xanlıqlarından danışıb
Elm və təhsil / 21.06.2025 22:11
“Qıpçaqlar Qafqazda Albaniya sivilizasiyasını yaradıblar” - VİDEO
Siyasi, Sosial / 20.06.2025 22:25
“Ləlvər dağından axan sudan limonad düzəldirdik” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.06.2025 13:22
“Nənəm çörək bişirəndə ermənilərə də verirdi…” – Sona Əliyevanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 19.06.2025 22:50
“İranın oyundan çıxması Azərbaycanın Zəngəzur üzərində nəzarətini gücləndirəcək” - VİDEO
Siyasi / 19.06.2025 14:36
İrəvanın İran təlaşı – ANONS - VİDEO
Elm və təhsil / 18.06.2025 22:47
“Azərbaycanın böyük mədəniyyət mərkəzi Qərbi və Cənubi Azərbaycan olub” - VİDEO
Elm və təhsil / 18.06.2025 13:44
“Şumerlər türk mənşəlidir” – ANONS