Siyasi 03.04.2025 22:30

“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb. 

Rakus.az xəbər verir ki, “Zəngəzurda bütün ermənilərə “susun” əmri verilib” adlı süjetdə Ermənistanın son həftələr sərhəddə atəşkəsi pozması və rəsmi İrəvanın sülh bəyanatlarının kölgəsində həyata keçirdiyi eskalasiya oyunlarından bəhs olunur.

Bildirilir ki, bu il martın 13-də Azərbaycan və Ermənistanın 17 maddədən ibarət olan sülh sazişi mətninin razılaşmasından bir neçə gün sonra Ermənistan sərhəddə atəşkəsin pozulmasını intensivləşdirdi: “İrəvanın hədəfi bəllidir: atəşkəsin pozulması ilə beynəlxalq diqqəti bölgəyə çəkmək və mövcud şərtlər çərçivəsində sülh sazişinin imzalanması çağırışlarını yaratmağa çalışırlar. Sülh sazişi mətninin razılaşdırılmasından dərhal sonra atəşkəsin pozulması hallarının artması da buna hesablanıb”.

Qeyd olunur ki, son vaxtlar Ermənistan Azərbaycan tərəfinin atəş açdığı iddialarını irəli sürməyə başlayıb: “Ermənistan Müdafiə Nazirliyi guya Azərbaycan Ordusunun Zəngəzur (Sünik rayonu) bölgəsindəki Xəzinəvar və Xanazax kəndlərinin “atəşə tutulduğu” iddiasını yaydıqdan sonra “Hraparak” qəzeti bu kəndlərin sakinləri ilə əlaqə saxlamağa çalışıb. Nəşr öyrənib ki, bu kəndlər də daxil olmaqla ümumilikdə Zəngəzurda yaşayan ermənilərə rəhbərlikdən qəti şəkildə tapşırılıb ki, sərhəddə baş verən atışma, xüsusilə “mülki evlərə” açılan atəşlə bağlı heç kim danışmasın, mediaya məlumat verməsin. Çünki sərhəddə atəşkəsi pozan Ermənistanın özü sərhəd bölgəsindəki mülki evlərə zərur vurur və bundan Azərbaycanı “mülki əhaliyə hücumda” ittiham üçün istifadə edir. Erməni əhalisinə “susun” əmrinin verilməsi də bundan qaynaqlanır”.

Diqqətə çatdırılır ki, rəsmi İrəvanın yekun hədəfi razılaşdırılmış sülh sazişi mətnini imzalamaqla digər vacib məsələləri – Ermənistan Konstitusiyasının dəyişdirilməsi, qaçqınların Qərbi Azəbaycana qayıdışının təmin edilməsi, Zəngəzur dəhlizinin açılmasını gündəmdən çıxarmaqdır: “Ermənistanın qoşunlarını son günlər Azərbaycanla sərhədə cəmləməsi, yeni istehkamların və səngələrin qaçılması, pilotsuz uçuş aparatları və dronlarla ordumuzun mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməsi də təxribat planlarının tərkib hissəsidir”.

Erməni təxribatlarının nəticəsinin necə olacağı Ermənistan mediasında da müzakirə olunur. Belə ki, jurnalist Voskan Sarkisyan hesab edir ki, rəsmi Bakının konkret tələbələri var və Paşinyan hakimiyyəti son nəticədə hər şeyi qəbul edəcək.

Sonda vurğulanır ki, Azərbaycanın bütün tələbələrinin qəbul edilmədiyi müddətdə bölgədə davamlı sülh olmayacaq: “Paşinyan hakimiyyətinin  törətdiyi hərbi təxribatlar Ermənistanın gələcək mövcudluğunu sual altına salır. Çünki ordumuzun adekvat cavab haqqı qarşı tərəf üçün arzuolunmaz vəziyyət yarada bilər”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında aprelin 2-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO