Elm və təhsil 20.09.2024 21:41

“Zəngibasar Qərbi Azərbaycanda ən qanlı-qadalı illərin episentri olub” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Hələ münaqişə başlamamış Zəngibasarda 216 şəhid verdik” adlı veriliş Zəngibasar mahalının eyniadlı rayonun Dəmirçi kənd sakini Mirfaiq Mirheydərlinin həyat hekayəsinə həsr olunub.

 

O, kənddə keçən uşaqlıq illərini, gözəl İrəvan şəhərini, Ağrı dağını, ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri, qırğınları, zülmləri, 1988-ci ildə baş verən son deportasiyanı, doğma yurdundan məcburi köçün acı xatirələrini xatırladıb: “Kəndimizdən baxanda Ağrı dağı görünürdü. Ona görə Ağrı dağı bizim üçün bir simvol idi. Zəngi çayı bizim kəndin sol tərəfindən axırdı və Araz çayına qovuşurdu. Zəngi çayının ətrafında kanallar var idi, təsərrüfatları suvarmaq üçün istifadə olunurdu. Biz gedib orada çimirdik”.

Onun sözlərinə görə, Zəngibasar bölgəsi tarix boyu erməni təcavüzünün episentri olub: “1905-ci, 1915-ci, 1918-ci, 1920-ci illərdə erməni silahlı dəstələri tərəfindən kütləvi qırğınlar törədilib. Camaatımız dəfələrlə doğma yurdundan didərgin düşüb. Nənələrim danışırdı ki, qaçqınlıq zamanı əhalinin cəmi 30 faizi sağ qalıb. Sovet dövründə də azərbaycanlılara qarşı ayrı-seçkilik, təzyiqlər davam edib. Yarışlarda, olimpiadalarda azərbaycanlının birinci yer tutması ağlasığmaz idi. Ermənilər buna yol vermirdilər, hər cür maneçilik törədirdilər. Nəhayət, Qarabağ hadisələri başlayanda vəziyyət daha da gərginləşib. Hələ müharibə başlamazdan əvvəl Qərbi Azərbaycanda 216 soydaşımız erməni təcavüzünün qurbanı olub”.

M.Mirheydərli Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların üzləşdiyi faciələri də dilə gətirir: “1915-1916, 1918-1920, 1929-1932, 1937-1938, 1941-1945-ci illərdə baş verən hadisələr, 1948-1953-cü illərin və nəhayət, sonda özümüzün birbaşa 1988-ci ildə şahidi olduğumuz deportasiya – bunların hamısının qarşısında bir qanlı sözünü yazmaq olar. 1988-ci ildə baş verən son deportasiyada 300 min azərbaycanlıdan biri kimi, bizim də ailəni ermənilər məcburi çıxardılar və Bakı şəhərində məskunlaşdıq”.

Dəmirçi kənd sakini onun kimi minlərlə azərbaycanlının bütün çətinliklərə baxmayaraq doğma yurdlarına qayıdacaqlarına inanır: “Tam əminik ki, biz Vətənimizə qayıdacağıq. Biz doğma yurda qayıdış ümidini itirmirik. Bütün bu müsibətlərə, acılara baxmayaraq ürəyimizdə Vətən eşqini, doğma yurda qayıdış arzusunu yaşadırıq. Biz daim geri qayıtmaq barədə düşünürük. Çünki o torpaq bizim dədə-baba yurdumuzdur. İnanırıq ki, ilahi ədalət bir gün bərpa olunacaq. Qayıdış Konsepsiyasını həyata keçirərək mütləq Vətənimizə dönəcəyik”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş sentyabrın 20-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

 

 

XƏBƏR LENTİ
Elm və təhsil, Siyasi / 20.09.2024 21:41
“Zəngibasar Qərbi Azərbaycanda ən qanlı-qadalı illərin episentri olub” - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 20.09.2024 13:07
İtirilmiş yurdun xatirələri – Mirfaiq Mirheydərlinin “Həyat Hekayəsi” – ANONS - VİDEO
İdman / 20.09.2024 10:09
“Turan”-“Report”, “Baku Ws”-“Qoşabulaq” – yaşıl meydanı kimlər gülərək tərk edəcək?
Gündəm / 20.09.2024 10:03
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib
Gündəm / 20.09.2024 09:08
İlham Əliyevin Dövlət Suverenliyi Günü ilə bağlı paylaşımı
Gündəm / 20.09.2024 09:01
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
İqtisadi / 20.09.2024 08:00
Azərbaycan Neftçilər Gününü qeyd edir
Gündəm / 20.09.2024 00:02
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Təhlil / 19.09.2024 22:00
“Rəsmi Bakı bəyan etdi ki, “yarımçıq sülh sazişi” imzalanmayacaq” - FOTO - VİDEO
İdman / 19.09.2024 14:15
Xatirə turniri ilə bağlı telekanal və saytların YAZI VƏ SÜJETLƏRİ - VİDEO
Təhlil / 19.09.2024 13:41
Qərbi Zəngəzurda “müharibə” – ANONS - VİDEO
İdman / 19.09.2024 10:02
Turnirin ilk həftəsinin yaddaqalan məqamları - FOTO
Elm və təhsil, Siyasi / 18.09.2024 21:50
Ağdaban, Ağdamlar, Ağdaş, Ağdərə, Ağadərəsi, Ağdağ və Ağdan – türk tarixinin izi - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 18.09.2024 14:23
Ermənilərin “ad dəyişmə terroru” – ANONS - VİDEO
İdman / 18.09.2024 12:37
İlk həftə oyunlarının XÜLASƏSİ
İdman / 18.09.2024 11:49
İlk oyunların mənzərəsi: epizodlar, növbəti oyunlar və bombardirlər – CƏDVƏL - FOTO - VİDEO
Elm və təhsil / 17.09.2024 22:56
Erməni məkri və bizim biganəliyimiz ilə “yaranan” Tiqranakert - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 17.09.2024 19:30
“Gəncəsar monastırının bütün yazıları və təsvirlərinin kataloqu məhv edilib - FOTO - VİDEO
Təhlil / 17.09.2024 16:58
İrəvanın Rusiya səhvi – mayası batan ABŞ – TƏHLİL
Elm və təhsil / 17.09.2024 14:37
Ermənilərin “Tiqranakert oyunbazlığı” – ANONS - VİDEO
Müsahibə, Siyasi / 17.09.2024 13:28
“Ermənilər hər yerdə məbədlərə etinasız yanaşır” – ANONS - VİDEO
Müsahibə / 16.09.2024 23:20
“Soydaşlarımızın problemi beynəlxalq aləmə çatdırılmalıdır” - VİDEO
Elm və təhsil / 16.09.2024 12:49
Atasına valideyn statusu qazandıran Burlaxatunun ilk məktəb günlüyü - FOTO
İdman / 15.09.2024 23:20
“Göyçə”nin çətinliklə qalib gəlib, 1-ci tur başa çatıb
İdman / 15.09.2024 20:30
“Ardanış” 3 xalı aktivinə yazdırıb - FOTO
İdman / 15.09.2024 09:57
Bu gün AZƏRTAC “Ardanış”, “Göyçə” isə “Nərimanlı” ilə görüşür