Zəngilan ağsaqqalları Prezidentə minnətdardı
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə ünvanlanmış teleqramda Zəngilan rayonunun işğaldan azad olunması münasibətilə böyük sevinc və məmnunluq hissləri ifadə olunur.
Teleqramda bildirilir: Möhtərəm Prezident, cənab Ali Baş Komandan!
Rayonumuzun işğaldan azad olunması münasibətilə Sizi və xalqımızı Zəngilan ağsaqqalları adından səmimi qəlbdən təbrik edirik, Sizə möhkəm cansağlığı və uzun ömür, Azərbaycanımızın çiçəklənməsi yolunda daha böyük uğurlar diləyirik!
Möhtərəm Prezident, sizin Heydər Əliyev siyasi kursu üzrə ardıcıl və məqsədyönlü siyasi fəaliyyətiniz, qətyyət və prinsipiallığınız sayəsində bütün sahələrdə olduğu kimi ordu quruculuğunda da ciddi dönüş yaranmışdır. Şanlı ordumuzun doğma torpaqlarımızın azadlığı uğrunda mübarizədə müzəffər yürüşləri bütün xalqımızın, o cümlədən biz Zəngilan ağsaqqalarının hədsiz sevincinə səbəb olmuşdur.
Eşq olsun Azərbaycan xalqına, eşq olsun şanlı milli ordumuza!
Ulu Tanrı Sizi qorusun!
Qarabağ Azərbaycandır!