Zərifə Əliyeva XX əsrin dünya şöhrəti qazanmış ən parlaq ziyalı qadınlarındandır
Bu il Zərifə xanım Əliyevanın anadan olmasının 100 ili tamam olur. Beynəlxalq aləmdə Azərbaycan Oftalmologiya elmini layiqincə tanıdan yüksək intellekt sahibi, mənəvi təmizlik və paklıq nümunəsi, oftalmologiyası sahəsində ilk qadın akademik, oftalmologiya aləmində ən yüksək mükafata-SSRİ Tibb Elmləri Akdemiyasının akademik M.İ.Aberbax adına mükafata layiq görülən ilk qadın Zərifə Əziz qızı Əliyeva XX əsrin dünya şöhrəti qazanmış ən parlaq ziyalı qadınlarımızdandır.
Azərbaycan səhiyyəsinin, tibb elminin əsas təşkilatçısı və yaradıcılarından biri olan, görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım Əliyeva həkimlər ailəsinin müəddəs ocağında böyüyüb, boya-başa çatmışdır. Zərifə xanım Əliyeva 1942-ci ildə bakıda orta məktəbi bitirmiş və Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-proflaktika fakultəsinə daxil olmuşdur. Zərifə xanım bu institutu bitirdikdən sonra Moskva şəhərində Oftalmologiya üzrə həkimləri təkmilləşdirməİnstitutundatəhsilini davam etdirmişdir. O, 1948-ci ildə Azərbaycan Elmi-Tədqiqat Oftalmologiyaəmək fəaliyyətinə başlamışdır.
1976-cı ildə Q.Helmholis adına Moskva Göz Xəstəlikləri İnstitutunda “Azərbaycanın kimya sənayesinin bəzi müəssisələrinin işçilərinin görmə üzvünün vəziyyəti” mövzusunda dissertasiya müdafiə etmişdir. Oftalmologiyanın müasir problemlərinə dair bir çox tədqiqatlarıno, cümlədən “Terapevtik oftalmologiya”, “İridadiaqnostikanın əsasları” nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Zərifə xanım Əliyeva yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf etmişdir. Onun rəhbərliyi altında gənc elmi işçilr və həkim oftalmoloqlar nəsli yetişdirilmişdir. Dünyada ilk dəfə görmə orqanının peşə patalogiyasını araşdıran elmi tədqiqat laboratoriyası yaradılıb.
Akademik Zərifə Əliyeva Ümumittifaq Oftalmologiyalar Cəmiyyəti Riyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, AzərbaycanOftalmologiya Cəmiyyəti İdarə Heyətinin “Vestnik oftalmologiya” (Moskva jurnlı redaksiya heyətinin üzvü olmşdur.
Yüksək elmi nailiyyətinə görə 1980-ci ildə AzərbaycanƏməkdar Elm Xadimi, 1981-ci ildə isə SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafata layiq görülmüş ilk qadındır.
Zərifə xanım böyüdüyü ailəyə xas olan xüsusiyyətləri özündə cəmləşdirmişdir. O, öz övladlarına xüsusi münasibəti olan qeyri-adi bir Ana idi. O, ailəsinə bağlı, ailəsi və uşaqları ilə nəfəs alan analardan biri idi – əsil ANA idi.
Zərifə xanım insanların gözünə nur verir, minlərlə insana gözəl dünyamızı görmək sevinci bəxş edirdi. O, keçdiyi mənalı həyat yolu elmin işığına sədəaqəti olan ziyalı nəsillər üçün nümunədir.
Zərifə xanım Əliyevanın şah əsəri xalqımıza “Zəfər sevinci” yaşadan hörmətli Prezidentimiz İlham Əliyevdir. Xalqımız Heydər Əliyevin qurduğu Azərbaycan dövlətini, işıqlı arzularını, ideyalarını onun ən layiqli və ən etibarlı davamçısı olan İlham Əliyevlə böyük gələcəyə doğru aparacaq. Heydər Əliyevin nurlu duhası yolumuzu daima işıqlandırır.
Sultanəli Qurbanov – YAP Səbail “ Ü. Hacıbəyli-68” ƏPT-nın sədri