Sosial 23.05.2019 14:06

Zorakılıqla bağlı hesabatın təqdimatı keçirildi - FOTO

Mayın 23-də BMT-nin Əhali Fondunun Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsi ilə birgə hazırladığı “Azərbaycanda qadına qarşı zorakılığın iqtisadi nəticələri” adlı hesabatın təqdimatı keçirilib.

Rakus.az xəbər verir ki, hesabatın strukturu və metodologiyası Avropa Gender Bərabərliyi İnstitutunun (EIGE) Böyük Britaniyada (2014) və Ukraynada (2016-2017) vəziyyətin təhlili çərçivəsində uğurla sınaqdan keçirilmiş yanaşmaları əsasında hazırlanıb. Tədbirdə dövlət qurumlarının, beynəlxalq təşkilatların və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova tədbirdə çıxış edərək bildirib ki, Azərbaycanda qadınlara qarşı hörmət təməl prinsiplər üzərində qurulub. Hökumətimiz dünyanı narahat edən qadın zorakılığına qarşı mübarizə tədbirlərini gücləndirib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ölkəmizdə gender bərabərliyinə xüsusilə diqqət yetirirlər.

Komitə sədri qeyd edib ki, qadın zorakılığını minimuma endirmək üçün hökumət erkən nikahlara qarşı tədbirləri də çoxaldıb. O, bu sahədə qanunvericiliyin gücləndirildiyini, müxtəlif layihələrin reallaşdırıldığını bildirib.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai ölkələrin gender əsaslı zorakılıqla mübarizədə ədaləti bərqərar etmək niyyəti ilə inzibati və cinayət cəzaları tətbiq etdiklərini bildirib. O, Azərbaycanda müvafiq sahədə əldə olunan irəliləyişləri qeyd edib. Bildirib ki, ədalətin təmin edilməsi, zərərçəkmiş şəxslərin qorunması və onların dəstək xidmətləri ilə təmin edilməsi üçün əlverişli mühitin yaradılması naminə bir sıra hüquqi və normativ sənədlərə düzəlişlər olunub.

BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin baş müşaviri Fərid Babayev çıxışında qadınlara qarşı zorakılığın qarşısının alınması istiqamətində tədbirlərin zəruriliyini vurğulayıb. O bildirib ki, zorakılığın qarşısı alınarsa, onun fəsadlarının aradan qaldırılması üçün sərf edilən vəsait ölkə əhalisinin rifah halının daha da yaxşılaşdırılmasına yönəldilər.

Fuad Babayev əlavə edib ki, Azərbaycanda qadın zorakılığına qarşı hüquqi müstəvidə ciddi tədbirlər həyata keçirilir. Ancaq bu mübarizə qanun çərçivəsi ilə yanaşı, ictimai mübarizə şəkilini də almalıdır.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı qeyd edib ki, ölkəmizdə məişət zorakılığının qarşısını almaq üçün qanun qəbul olunub. Qadınların hüquqlarının qorunması istiqamətində xeyli tədbirlər görülüb. Bir ölkədə qadın zorakılığının artması cəmiyyətin təhlükəsizliyini də şübhə altına qoyur. Bu zorakılıq gələcək nəslin sağlam yetişməsinə də problem yaradır.

Daha sonra beynəlxalq ekspert Qanna Qerasimenko hesabatla çıxış edib. O bildirib ki, hesabat 2017-ci ildə qadınlara qarşı zorakılıqla əlaqəli cinayətlər və dövlət qurumları tərəfindən zərərçəkənlərə göstərilmiş sosial xidmətlər barədə inzibati məlumatlara əsaslanır. Hesabatda zərərçəkənlərin aldıqları xəsarətləri və yardım üçün müraciət etmə təcrübələrini anlamaq məqsədilə qadınlar arasında zorakılığın yayılma səviyyələrini müəyyən etmək üçün 2008-ci ildə Azərbaycanda qadınlara qarşı zorakılıqla bağlı aparılmış milli sorğunun əsas nəticələrindən də istifadə olunub. Hesabat hazırlanarkən səhiyyə işçiləri, polis əməkdaşları, hakimlər, yerli icra hakimiyyəti orqanlarının, QHT-lərin nümayəndələri ilə müzakirələr aparılıb. Yerli ekspertlər, gender əsaslı zorakılığın qarşısının alınması və cavab tədbirləri ilə bağlı dövlət siyasətinin hazırlanmasında iştirak edən dövlət qurumlarının nümayəndələri ilə geniş müsahibələr vasitəsilə hesabatın strukturu və yanaşmaları müəyyən edilib. Bundan əlavə, zorakılığa məruz qalmış qadınların şəxsən qarşıladıqları xərclər və zorakılığın nəticələrini aradan qaldırmaq üçün gördükləri tədbirlər barədə məlumatlar toplamaq üçün zorakılığa məruz qalmış və yardım üçün müraciət etmiş 197 qadın arasında ünvanlı sorğu keçirilib.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO