Maraqlı 23.10.2019 11:11

​​​​​​​Yatmazdan əvvəl bir qaşıq bal yeyin – MƏSLƏHƏT

Balın soyuqdəyməyə, dəriyə, ümumiyyətlə, bütün orqanizmə nə qədər faydalı qida olduğunu bilirik.

Rakus.az xəbər verir ki, xüsusən də səhər acqarına bir qaşıq bal yemək immuniteti artırmaq baxımından əvəzsiz təbii vasitə sayılır. Bəs gecə yatmazdan əvvəl bal yesək, sağlamlığımızda nə kimi dəyişikliklər ola bilər? E-tibb.az bu dəfə sizə məhz bundan bəhs edəcək.

1. Rahat gecə yuxusuna səbəb olur 

Bəzən gecə yarısı oyanırıq. Bunun səbəbi yuxu zamanı beyinin qlikogen adlı maddəyə ehtiyac duyması və böyrəklərdəki adrenal vəzilərinin yatmağa mane olacaq qədər adrenalin və kortizol ifraz etməsidir. Balın tərkibində qlikogen olduğu üçün yatmazdan əvvəl bir qaşıq yemək adrenalin sintezinin qarşısını almağa və rahat yatmağa səbəb olur.

2. Təzyiqi salmağa kömək edir

Yüksək təzyiq ürək xəstəlikləri riskini artıran əsas faktorlardan biridir. O baxımdan təzyiqi stabil saxlamaq olduqca vacibdir. Balın tərkibində təzyiqi azaldan antioksidantlar olduğundan gecə yatmazdan qabaq bir qaşıq yemək qan təzyiqini normaya salacaq.

3. Triqliseridlərin miqdarını azaldır

Triqliseridlər qanda olan yağ növüdür. Bu yağların qanda yüksək səviyyədə olması ürək xəstəlikləri və diabet riski yaradır. Bal isə bədəndəki triqliserid səviyyəsini azaltmağa və qanı zərərli yağlardan təmizləməyə kömək edir.

4. İmmuniteti artırır 

Bal immunitet sisteminii gücləndirməyə kömək edən antioksidantlar və antebakterial maddələrlə zəngindir. Odur ki, hər gecə yatmazdan əvvəl bal yeyin.

5. Bədəndəki yağları yandırır

Bal yemək vücudunuza termogen təsir yaradaraq, metabolizmanı sürətləndirir. Bu da bədən temperaturunu artıraraq, çox səy göstərmədən yağları yandırmağa səbəb olur.

6. Öskürək və boğaz qıcıqlanmasının qarşısını alır

Bal iltihab əleyhinə təbii vasitədir. Hər gecə bir stəkan ilıq suya bir xörək qaşığı bal qatıb içsəniz, boğaz ağrısı və öskürəkdən yaxa qurtara bilərsiniz.

7. Psixoloji xəstəliklərdən qoruyur 

Balın tərkibində beyin hüceyrələrindəki oksidatif stressin qarşısını alaraq, depressiya ilə mübarizə aparmağa kömək edən polifenol var. Psixoloji sağlamlığınızı qorumaq istəyirsinizsə, hər gecə yatmazdan əvvəl bir qaşıq bal yeyin.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 03.02.2026 22:46
Beşbarmaq, Bəbirli, Bəbirli Yeri, Bəzirxana, Bəybalı, Bəybuğan – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.02.2026 14:22
Bəybuğan dağı necə Bağaysar oldu? – ANONS - FOTO - VİDEO
Elm və təhsil / 02.02.2026 10:01
“Basarkeçər həkimləri” kitabının təqdimatı keçirilib – FOTO - FOTO
Gündəm / 02.02.2026 00:02
Azərbaycanda Gənclər Günü qeyd olunur
Hərbi / 31.01.2026 23:40
Türk silah mədəniyyəti və Avropa zirehlərindən fərqi - VİDEO
Siyasi, Sosial / 30.01.2026 23:12
“Atam evdə “İravanda xan qalmadı” mahnısını oxuyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 30.01.2026 14:22
Arınc sevgisi ilə yaşayan Nigar Həsənovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 29.01.2026 22:56
“Azərbaycan dilinin hüquqi statusu Ermənistan parlamentində müzakirə oluna bilər” - VİDEO
Siyasi / 29.01.2026 14:22
“Seçkilərdə Paşinyanın Qərbi Azərbaycan kartı” – ANONS - VİDEO
Mədəni, Siyasi / 28.01.2026 23:40
“Spendiarovun musiqisi ermənilərin İrəvan saxtakarlığını ifşa etdi” - VİDEO
Mədəni / 28.01.2026 14:22
“İrəvan etüdləri” – səsli türk portreti – ANONS - VİDEO
Siyasi, Sosial / 27.01.2026 22:55
Beybudabad, Berdateğ, Berdi Xaraba, Berdtəpə, Bekciqazlı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 27.01.2026 14:22
Tarixi XV əsrə dayanan türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 27.01.2026 11:00
Göygöldə Abbas Göyçəgölün 2 kitabının təqdimatı olub - FOTO
Mətbuat / 25.01.2026 12:07
“Yeni Sabah” 7 yaşını qeyd edir
Hərbi / 24.01.2026 23:45
Azərbaycanda yerli silah ənənələri necə formalaşıb? - VİDEO
Siyasi, Sosial / 23.01.2026 23:26
“Rus generallar bizə dedilər ki, burada yaşaya bilməzsiniz, köçün” - FOTO - VİDEO
Siyasi, Sosial / 23.01.2026 14:22
“Atamı daşnaklar öldürmək istəyirdilər” – Arif Orucovun “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi / 22.01.2026 22:56
“Göyçə” adı niyə Ermənistan cəmiyyətində qıcıq yaradır?” - VİDEO
Siyasi / 22.01.2026 14:22
Erməniləri qorxudan Qərbi Azərbaycan anlayışı – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 22.01.2026 10:50
XIII əsrdə Göyçədən yüksələn dua
Elm və təhsil / 21.01.2026 23:03
Ermənilər yeni geosiyasi reallığa uyğunlaşa biləcək, yoxsa Ermənistanı tərk edəcək? - VİDEO
Elm və təhsil / 21.01.2026 14:22
Erməni kartı necə işə salınıb? – ANONS - VİDEO
Mətbuat / 21.01.2026 12:33
“Global Media Group” ötən il media sahəsində yüksək nəticələr qazanıb
Siyasi, Sosial / 20.01.2026 23:32
Başnalı, Başsız, Berd qalacıq, Berdadağ – türk tarixinin izi - FOTO - VİDEO
Sosial / 20.01.2026 14:22
Başnalı necə Bağramyan oldu? – ANONS - FOTO - VİDEO