İran məscidlərdə matəm mərasimlərini qadağan etdi
İranın Koronavirusla Milli Mübarizə Komitəsinin qərarına əsasən, Tehran vilayətinin məscidlərində matəm mərasimləri (məhərrəmlik mərasimləri) qadağan edilib.
Rakus.az xəbər verir ki, bu, Tehran vilayəti Məscidlərinin Məsələlərinin Araşdırılması üzrə Mərkəzinin qərarında qeyd olunub.
Məhərrəm ayının başlanması ilə əlaqədar bildirilir ki, Tehran vilayətində koronavirus güclü şəkildə yayıldığına görə, rəsmilər yeni qərarın icra olunmasını vurğulayıblar. Yeni qərar barədə tənqidlər olsa da, İranın dini liderinin İranın Koronavirusla Milli Mübarizə Komitəsinin qərarlarının yerinə yetirilməsi ilə əlaqədar göstərişini nəzərə alaraq, məscidlərin imamları, təşkilatçılar və məscidlərin nümayəndələri qapalı məkanda Məhərrəm ayında istənilən matəm mərasimləri, hətta qısa zamanda olsa belə, təşkil etməkdən çəkinsinlər. Sadəcə camaat namazını səhiyyə protokolları əsasında qılmaqla kifayətlənsinlər.
Həmçinin açıq məkanları (məscidlərin həyətləri və sairə) olan məscidlərdə matəm mərasimləri səhiyyə protokolları əsasında keçirilə bilər. Buna görə məscidlərin imamları insanları səhiyyə protokolları ilə əlaqədar məlumatlandırmalıdırlar.