Dünya 04.07.2024 22:05

Ermənistanla sülh sazişi mətninə Qərbi Azərbaycan məsələsi artıq daxil edilib - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Bakının İrəvana göndərdiyi 10-cu paketdə hansı tələblər var? adlı süjetdə ötən həftə Bakı İrəvana sülh sazişi ilə bağlı yeni təkliflər paketi göndərməsindən bəhs olunur.

Bildirilir ki, Bakıdan İrəvana göndərilən 10-cu paketlə bağlı “Hraparak” qəzeti diplomatik mənbələrinə istinadən yazır: “Azərbaycan Ermənistana göndərdiyi sülh sazişinin 10-cu paketində yeni tələblər irəli sürüb. Azərbaycan bu tələbini ötən ilin dekabr ayında səsləndirib. İndi isə bunu yazılı şəkildə təqdim edib. Ermənistan hökuməti bu tələbi icra etməyə hazırlaşır. Bu tələblərdən biri də azərbaycanlıların öz doğma yurdlarına qayıtmasıdır. Bakı bunu beynəlxalq hüquqa əsaslanaraq, irəli sürür. Ermənistan mediası isə bunu “Bakının Qərbi Azərbaycan tələbi” kimi təqdim edirlər”.

Qeyd olunur ki, Qərbi Azərbaycan məsələsi – azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtması rəsmi Bakının əsas prioritetlərindəndir: “Görünür, bu məsələ artıq Ermənistanla sülh sazişi mətninə daxil edilib. Ermənistan tərəfi bu məsələni arxa plana keçirməyə, sülh danışıqlarında müzakirə edildiyini gizlətməyə çalışır”.

Süjetdə erməni politoloq Qaqik Hambaryan, Stepan Danielyan, Beniamin Matevosyanın fikirlərinə də yer verilir. Onların iddiasına görə, N.Paşinyanın dediyi “əsl Ermənistan” Azərbaycanın görmək istədiyi Ermənistandır və rəsmi İrəvan “müharibədən qaçmaq” üçün İ.Əliyevin bütün tələblərini yerinə yetirməyə hazırdır. “Azərbaycanın görmək istədiyi “əsl Ermənistan” XX əsrin əvvəlində yaradılan ölkədir. Azərbaycan 1918-20-ci illəd mövcud olmuş Xalq Cümhuriyyətinin varisidir və həmin dövrün ərazilərini bərpa etmək niyyətindədir. Bu halda Ermənistanın ərazisi 10 min kvadratkilometr olacaq, Qərbi Azərbaycan adlanan digər ərazilər Azərbaycanın nəzarətinə keçəcək. Paşinyan bu planı icra edir. Nikolun “əsl Ermənistanı” əslində Qərbi Azərbaycandır. Ermənistanın Azərbaycana qaytaracağı növbəti ərazi Sünik, yəni Zəngəzur olacaq. Bu, reallıqdır. Nikol Paşinyan hazırda erməni cəmiyyətini buna hazırlayır”.

Diqqətə çatdırılır ki, “168.am” saytı isə “Nikol Ermənistanı Qərbi Azərbaycana çevirdi” başlığı ilə videosujet hazırlayıb. Sujetdə Ermənistanın Qərbi Azərbaycan reallığı ilə üzləşdiyi, hakimiyyətin bu reallığı icra etdiyi iddia olunur.

Sonda vurğulanır ki, Qərbi Azərbaycana qayıdış reallıqdır və bunu həm Ermənistan ictimaiyyəti, həm də rəsmi İrəvan anlayır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında iyulun 4-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO