Dünya 23.02.2024 15:19

Paşinyanın “France 24”ə müsahibəsi – KTMT-dan çıxma mesajı – TƏHLİL

Ermənistan hakimiyyətinin Rusiyaya qarşı iddialı çıxışları davam edir. Onu belə cəsarətli edən nədir? Regionda baş verənlərə, İrəvan rəsmilərinin səfər və açıqlamalarına əsasən ehtimal etmək olar ki, Ermənistana bu dili verən, onu arxayın salan, “qorxma-qorxma” deyən Fransadadır.

Elə Ermənistanın baş naziri Nikol Paşinyanın Parisə işgüzar səfəri çərçivəsində “France24” telekanalına müsahibəsində də verdiyi anti-Rusiya açıqlaması həmin dəstəyin, yardımın təzahürüdür.

O, Rusiyanı bir neçə ay əvvəl Ermənistan sakinlərini açıq şəkildə hakimiyyət çevrilişi etməyə çağırmaqda ittiham edib: “Moskvanın bu istiqamətdə təbliğatı artır”.

Qeyd edək ki, fevralın 20-də İrəvanda Azadlıq meydanında Paşinyanın istefası tələbi ilə mitinq keçirilib. Aksiya iştirakçıları bunun üçün yüz əsaslarının olduğunu bildiriblər. Aksiyanı müxalifət sayılan kəsim keçirib.

Ermənistan müxalifəti kimdir? 2018-ci il may hadisələrindən sonra ölkədə özlərini qərbyönlü sayan, qeyri-hökumət təşkilatlarında yetişən, anti-Rusiya ovqatlı ictimai-siyasi fiqurlar hakimiyyətə gəldi. Hakimiyyətdə olan Serj Sarqsyan, habelə keçmiş prezident Robert Koçaryan və əks cəbhədə qalan başqalarının rusiyayönlü olduqları aksiomadır. Deməli, Ermənistanın siyasi sferası hakim qərb, müxalif rusiyayönlülərdən ibarətdir. Nikol Paşinyan hökumət başçısı olandan bu qüvvə onun istefasına çalışır. 2023-cü ilin sentyabr hadisələrindən sonra Nikol Paşinyan oktyabrda ünvan göstərmədən bildirmişdi ki, müttəfiqlər Ermənistanda hakimiyyəti dəyişməyə çağırırlar. Onda ehtimal edilirdi ki, Qarabağı könüllü olaraq tərk edən erməniləri Ermənistanda hakimiyyətin dəyişilməsi aksiyasına cəlb edə biləcəklər. Ancaq bu, baş vermədi.

Paşinyan “France24”ə müsahibəsində Rusiyanın adını indi arxayınlıqla deməklə Moskvanı Avropada, Fransa ictimaiyyəti qarşısında həm də şantaj edir. Bu, Moskva üçün çox ağır ittihamdır. Çünki Ermənistanı Rusiyanın qurub yaratdığı sirr deyil. N.Paşinyan bununla Rusiyadan uzaqlaşmalarının səbəbini də göstərir. Başqa sözlə, o, sanki “Ermənistanda hakimiyyəti devirmək istəyən Rusiya bizim müttəfiqimiz ola bilməz” iddiasını irəli sürür, bu hay-küylə addımlarına haqq qazandırır. O, Münxen Təhlükəsizlik Konfransında “Ukrayna məsələsində Ermənistan Rusiyanın müttəfiqi deyil” deməklə Rusiyaya qarşı Avropa miqyasında antitəbliğat başlatmış sayıla bilər.

N.Paşinyan bu il fevralın əvvəlində demişdi ki, Ermənistan Rusiya ilə bundan əvvəlki kimi hərbi-texniki əməkdaşlığı inkişaf etdirə və yalnız müdafiə əlaqələrini artıra bilməz. O, bununla Qərb qarşısında özünün və komandasının qərbyönlü olduğunu təkrar ifadə etmişdi. Baş nazir bununla bu blokda barəsində yaranan “Ermənistan Rusiya ilə müttəfiqdir” düşüncəsini dağıtmağa səy göstərib.

Bu ilin yanvarında baş nazir NATO-nun Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə nümayəndəsi Xavier Kolomina ilə Ermənistanın alyansla əməkdaşlığı məsələsinin müzakirə etmişdi.

Fevralın 23-də Rusiyada Müdafiə Günü qeyd edilən zaman Fransanın müdafiə naziri Sebastyan Lekornun İrəvana səfər tarixi də təsadüfi deyil. Bu, Ermənistanın hərbi sahədə tərəfdaş olaraq Fransanı seçməsi qənaətinə gəlməyə əsas verir.

Nikol Paşinyan müsahibəsində daha bir anti-Rusiya tezisinə toxunub. O, Ukraynada müharibədən qaçaraq Ermənistana sığınan Rusiya ordusunun hərbçisi Dmitri Setrakovun oğurlanmasından narahatlığını bildirib: “Belə bir addımın ərazimizdə aparılması yolverilməzdir. İrəvanın bu məsələ ilə bağlı tələbləri cavabsız qalarsa, onun acı nəticəsi ola bilər” .

Rusiya ordusunun 39 yaşlı hərbçisi, Rostov vilayətinin sakini Dmitri Setrakov 2022-ci ilin sentyabrında orduya çağırılıb. Ukraynada döyüşlərdə iştirak edib, yaralanıb. Ötən il Ermənistana sığınıb. Ancaq Rusiya hərbçiləri onu oğurlayaraq Gümrüdəki hərbi bazaya aparıblar.

Rusiya ordusundan fərarilik edənlər, heç şübhəsiz, az deyil. Onların hamısı barədə xüsusi əməliyyat keçirilmir. Ermənistanda keçirilən əməliyyat Rusiyaya görə iki baxımından əhəmiyyətli saymaq olar: birincisi, Ermənistan ordudan qaçanların sığınacaq yeri ola bilməz. Bu, onun nüfuzunun artmasına xidmət edər, Ermənistanın Rusiya qarşısında “at oynatması” anlamına gələr. İkincisi, Rusiya İrəvana ölkənin yiyəsinin kim olduğunu göstərib. Bununla ona xatırladıb ki, Ermənistanda istənilən əməliyyatı keçirə bilər.

Odur ki, rəsmi İrəvan Rusiyanın bu kimi addımları qarşısında acizdir.

Xatırladaq ki, Rusiyanın Gümrüdəki 102 saylı hərbi hissəsinin əsgəri Valeri Permyakov 2015-ci il yanvarın 12-də Gümrüdə bir erməni ailəsinin 7 üzvünü qətlə yetirmişdi. Ermənistanın İstintaq Komitəsi bu fakt üzrə ayrıca cinayət işi açmışdı. Ancaq onlar bu işi axıradək apar bilmədilər. Həmin il avqustun 13-də Rusiyanın 5-ci qarnizonunun Hərbi-Səyyar Məhkəməsi V.Permyakovu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkmək şərtiylə 10 il müddətinə azadlıqdan məhrum etmişdi. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin üç maddəsi – fərarilik, silah oğurluğu və qanunsuz silah saxlama maddələri üzrə təqsirli bilinib.

Nikol Paşinyan məlum müsahibəsində, həmçinin Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətini dondurduğunu deyib. O, bununla Ermənistanın NATO-ya meyilləndiyini, azından hərbi sahədə Fransa ilə müttəfiqlik etmək üçün yolun açıq olduğunu çatdırıb. Zatən, Azərbaycanla sərhədyanı bölgədə Avropa İttifaqının mülki müşahidə missiyasının yerləşdirilməsinin əsas təşəbbüskarı Fransadır. Fevralın 2-də Fransa Milli Jandarmeriyasının briqada generalı Uilyam de Meyerin Avropa İttifaqının Ermənistandakı mülki missiyasının yerləşdiyi əraziyə baş çəkməsi buna sübutdur.

Paşinyan həm də KTMT ilə münasibətləri kəsəcəklərinin anonsunu verib. Ancaq Ermənistanın belə tezliklə Rusiya ilə hərbi sahədə bağları kəsəcəyi ehtimalı azdır. Çünki Federasiyanın Gümrüdə 102 saylı hərbi bazası mövcuddur.

Nikol Paşinyan bu hərbi hissənin bağlanması ehtimalı ilə bağlı suala konkret cavab verməyərək deyib: “Bu mövzu gündəlikdə deyil”.

Qeyd edək ki, Moskva ilə İrəvan arasında Gümrü bazası ilə bağlı müqavilə 1995-ci ildə bağlanıb. Bu razılaşmanın müddəti 20 ildən sonra – 2044-cü ildə bitir. Bundan başqa, Ermənistanın hava hücumundan müdafiə sisteminə dair Rusiyadan asılılığı var. Yəni onun hava məkanını Rusiya qoruyur. Odur ki, Nikol Paşinyanın Rusiyaya qarşı Fransada arxayınlığını Gümrüdəki hərbi baza puça çıxarır.

Rəsmi İrəvanın hərbi sahədə Rusiyaya qarşı Fransanı qoyması məntiqi qarşılanmır. Ermənistandan olan ekspertlər Fransanın tədarük etdiyi silahların yararsızlığını vurğulayırlar. Odur ki, Parisin özünü Ermənistanın başlıca silah tədarükçüsü kimi gözə soxmasını onlar da nəzərdən qaçırmayıblar.

Bununla bağlı ermənistanlı hərbi ekspert Hayk Naqapetyan Fransanı pisləyib. O yerli KİV-ə müsahibəsində bildirib ki, Fransa Ermənistana silah tədarükünü imitasiya edir. Yəni özünü bu ölkəni silahlandıran fədakar kimi göstərir. Erməni hərbi ekspert “Basiton” adlı zirehli texnikanı nümunə kimi göstərərək deyib ki, onun əməliyyat meydanında səmərəli olacağına inanmır: “Məsələn, onları Ukraynaya təklif etdilər, amma Kiyev istəmədi”. Onun sözlərinə görə, bu silah iriçaplı pulemyotların qarşısında zəifdir.

Belə qənaətə gəlmək olar ki, Yelisey sarayının aparıcılığı ilə Ermənistanı yenə üfürürlər. Ondan yeni mif yaradılır. Nikol Paşinyan başda olmaqla onun komandasından anti-Rusiya obrazı formalaşdırılır.

Sədrəddin Soltan – “Report”

XƏBƏR LENTİ
Dünya, Təhlil / 23.02.2024 15:19
Paşinyanın “France 24”ə müsahibəsi – KTMT-dan çıxma mesajı – TƏHLİL
Hadisə / 23.02.2024 14:16
“Dörd dəfə köç edən ailəm Xocalıda itkin düşdü” – Tahir Seyidovun “Həyat Hekayəsi” – ANONS
Sosial / 23.02.2024 10:10
Ardanış kənd icmasının növbəti iclası keçirilib - FOTO
Siyasi, Təhlil / 22.02.2024 20:42
Çəmbərək, Basarkeçər və Mehri rayonlarında dövlət idarələri bağlanır - FOTO - VİDEO
Elm və təhsil / 22.02.2024 17:46
“Qərbi Azərbaycan mətbuatı tarixi” kitabının təqdimatı - FOTO
Siyasi / 22.02.2024 15:28
Paşinyan bu əraziləri təhvil verir? – ANONS - VİDEO
Siyasi, Sosial / 21.02.2024 20:09
“Hamamlı Çar Rusiyasına və sovet Ermənistanına necə birləşdirildi?” - FOTO - VİDEO
Siyasi, Sosial / 21.02.2024 13:59
Ermənilərin Hamamlıda izitirmə planı – ANONS
Səhiyyə / 21.02.2024 10:02
ATU-da Ortodontiya kafedrası fəaliyyətə başlayıb - FOTO
Mədəni, Sosial / 20.02.2024 20:56
Təpəbaşı – oğurlanmış şəhərin sızıltısı - FOTO - VİDEO
Müsahibə, Siyasi / 20.02.2024 19:07
“Osmanlı dövründə ermənilər yəhidiləri hərtərəfli sıxışdırıb” – MÜSAHİBƏ - FOTO - VİDEO
Siyasi / 20.02.2024 17:17
“Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin fəaliyyətinə töhfəsini verəcək” – Əli Hüseynli
Gündəm, Təhlil / 20.02.2024 15:05
Prezident İlham Əliyevin Türkiyə səfəri – yeni layihələr və hədəflərə doğru - FOTO
Müsahibə / 20.02.2024 14:03
“Ermənilər həmişə antisemit olublar” – ANONS
Siyasi / 20.02.2024 11:17
“Ermənistan öz ərazisində separatçıların fəaliyyətinə qadağa qoymalıdır” – BƏYANAT
Müsahibə, Video müsahibə / 19.02.2024 20:59
“Türkiyə arxivlərində irəvanlı mühacirlər haqqında zəngin məlumatlar var” – MÜSAHİBƏ - FOTO - VİDEO
Siyasi, Təhlil / 19.02.2024 15:24
Aİ ilə Rusiyanın ticarət əlaqəsi – uduzan Ukrayna – TƏHLİL
Mətbuat / 18.02.2024 10:05
Baku TV 6 yaşını qeyd edir - VİDEO
Mədəni / 17.02.2024 21:12
Türk dünyasında üç adı olan bayram – Qərbi Azərbaycan Xronikası - FOTO - VİDEO
Sosial, Səhiyyə / 16.02.2024 20:06
“Xəstəxanada işləyirdim ermənilər məcburən ərizəmi aldılar ki, işdən azadsan”
Sosial / 16.02.2024 13:49
“Son deportasiyada 17 nəfər itki vermişik” – Elçin Alməmmədovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 15.02.2024 21:29
“Zəngəzur dəhlizi 6 ay ərzində açıla, azərbaycanlılar tarixi torpaqlara qayıda bilər” - FOTO - VİDEO
Siyasi, Təhlil / 15.02.2024 16:00
Paşinyanın orduda “islahatı” – yaşlı “könüllülərin” ümidinə qalan hökumət – TƏHLİL
Siyasi / 15.02.2024 14:29
“Yerkrapa” kimi quldur birləşmələri Ermənistanı “cəsarətləndirib” – BƏYANAT
Elm və təhsil / 15.02.2024 10:01
Sultanəli Qurbanov Azərbaycan Respublikasının Yubiley medalına layiq görülüb - FOTO
Hadisə, Siyasi / 14.02.2024 20:34
Erməniləri lərzəyə salan Vedi hadisələri: üsyan, yoxsa müqavimət? - FOTO - VİDEO