Türkiyənin 45 vilayətində qadağa tətbiq olundu
Türkiyədə COVID-19-la bağlı bəzi qadağaların yenidən qüvvəyə mindiyi vilayətlərin sayı 45-ə çatıb.
Rakus.az xəbər verir ki, bu qadağalar əsasən yaşı 65-dən yuxarı və xroniki xəstəlikləri, bəzi bölgələrdə isə yaşı 15-dən aşağı olanlara şamil edilir.
Görülən tədbirlər çərçivəsində bu kateqoriyalara aid olan vətəndaşların insanların sıx toplaşdığı yerlərə getməsinə, günün müəyyən saatlarında ictimai-iaşə obyektlərinə daxil olmasına icazə verilməyəcək. Ümumiyyətlə qadağaların tətbiq olunduğu vilayətlərdə əhalinin ölkənin Səhiyyə Nazirliyi tərəfindən hazırlanmış “Həyat evə sığar” (HES) tətbiqi vasitəsilə icazə alması mütləqdir.
Bundan əlavə, qabaqlayıcı tədbirlər çərçivəsində ölkənin bəzi bölgələrində maska taxmaq məcburiyyəti, park, küçə və prospektlərdə yemək-içmək, yaşı 15-dən aşağı olan uşaqların isə valideynsiz evdən çıxması qadağan edilib.