Hindistanda yoluxma sayı 3 milyonu keçdi
Hindistanda COVID-19 infeksiyasına 69 min 239 yoluxma qeydə alınıb.
Rakus.az xəbər verir ki, bununla da ölkədə virusa yoluxanların ümumi sayı 3 milyonu ötüb. Hindistan koronavirusa yoluxma sayı 3 milyonu ötən üçüncü ölkədir.
Hindistanın Federal Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə COVID-19 virusuna yoluxduğu təsdiqlənən 912 nəfər ötən sutka vəfat edib. Bununla, Hindistanda pandemiya qurbanlarının sayı 56 min 706-ya çatıb.
Nazirlik virusa yoluxanların 74 faizinin sağaldığını açıqlayıb. Ardıcıl 5 gündür ki, Hindistanda sutkalıq yoluxma sayı 60 mindən çox olub. Son bir neçə gündə Hindistan gündəlik yoluxma hallarının sayına görə dünyada birinci olur.
Hindistan COVID-19 virusuna yoluxma sayına görə ABŞ və Braziliyadan sonra üçüncü sıradadır. Ən çox yoluxma halları Maharştra və Tamil Nadu ştatlarında, paytaxt Dehlidədir.