Bir neçə gün əvvəl sabiq millət vəkili Hadı Rəcəblinin nəvəsinə toy mərasimi təşkil etdiyi ilə bağlı xəbərlər yayılmışdı.
Rakus.az xəbər verir ki, sabiq deputatın mərasimə 150 nəfər qonaq dəvət etdiyi, toyun kifayət qədər təntənəli keçirildiyi bildirilirdi.
Hazırda həmin nikah mərasimində çəkilmiş video sosial şəbəkələrdə paylaşılır. Videogörüntülərdə tibbi maskalı şəxsin görüntüsü sübut edir ki, çəkiliş karantin dövrünə təsadüf edir.