Mədəni 23.08.2020 19:13

Azərbaycanlı vokalçı Bakıda dəfn olundu - FOTO

İtaliyada vəfat etmiş məşhur azərbaycanlı vokalçı, böyük istedadı, bənzərsiz səsi ilə dünya opera səhnələrini fəth etmiş Eldar Əliyev avqustun 23-də Bakı şəhərindəki “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.

Rakus.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dünya şöhrətli opera müğənnisinin nəşi Azərbaycan və İtaliya hökumətlərinin birgə əməkdaşlığı, Azərbaycanın İtaliyadakı Səfirliyinin dəstəyi ilə Vətənə gətirilib.

Vida mərasimində Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov, mədəniyyət və incəsənət xadimləri, mərhumun ailə dostları iştirak edib.

Jurnalistlərə açıqlama verən “Mədəniyyət” kanalının direktoru, Əməkdar artist Ramil Qasımov qeyd etdi ki, pandemiya ilə bağlı mövcud çətinliklərə rəğmən Eldar Əliyevin  nəşinin Vətənə gətirilərək torpağa tapşırılması ölkə rəhbərliyi tərəfindən sənət irsimizə verilən dəyərin və tanınmış soydaşımızın xatirəsinə göstərilən ehtiramın nümunəsidir. Biz Eldar Əliyevin nadir lent yazılarını dinlədikdə görürük ki, onun özünəməxsus ifa tərzi olub. Belə dəyərli sənətkarın dünyadan köçməsi hamımız üçün çox böyük itkidir.

Tanınmış bəstəkar və opera müğənnisi Rizvan Sədirxanov vurğuladı ki, Eldar Əliyev opera sənətinin əvəzolunmaz simalarından biri olub. O, Azərbaycan opera sənətini çox yüksək zirvələrə ucaldıb. Haqq dünyasında olan müğənnidən sənətdə qalan xatirələr isə çoxdur. Çünki hər bir sənətkar cismani yoxluğunda xatirələrdə və bir də qoyub getdiyi sənətdə yaşayır.

Qeyd edək ki, Eldar Əliyev 1971-ci il iyunun 28-də Bakıda anadan olub. Vokal istedadı orta məktəb illərində üzə çıxıb. 1991-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına (indiki Bakı Musiqi Akademiyası) daxil olub. Vokal üzrə ilk müəllimi Kamal Kərimov olub.

1992-ci ildə konservatoriyanın ən istedadlı tələbələri arasından seçilərək İtaliyanın Lirica Osimo Akademiyasında təhsilini davam etdirməyə dəvət almış vokalçı uzun illər Vətənindən uzaqda yaşasa da, hər zaman azərbaycanlı olduğu ilə fəxr edib, öz yaradıcılığı, sənət uğurları ilə Azərbaycanın adını uca tutmağa çalışıb.

Eldar Əliyev Osiimo Musiqi Akademiyasında bir il oxuduqdan sonra Milan şəhərindəki məşhur “La Scala” teatrının himayəsində təşkil edilən kurslarda təhsil almaq üçün müraciət edib və təqaüd qazanıb. “La Scala”da müəllimi məşhur vokalçı Karlo Berqonsi olub. “La Scala”da təcrübə keçərkən daha bir nailiyyət əldə edib. Trevizoda keçirilən Toti del-Monte adına Beynəlxalq müsabiqədə mükafat qazanıb.

Bundan sonra onun böyük səhnələrə yolu açılır. 1994-cü ildən 2005-ci ilədək Milanda “La Skala”, Lozannada “Theatre Municipal”, Boloniyada “Teatro Comunale”, Berlində “Staatsoper Unter den Linden”, Münxendə “National Theater”, Venesiyada “Teatro La Fenice”, Parisdə “Opera National”, Londonda Kral Operası – “Covent Garden”, Brüsseldə “Theatre de la Monnaie”, Romada “Teatro dell’Opera”, Madriddə Kral Operası – “Teatro Real” kimi mötəbər səhnələrdə çıxış edib.

İncəsənət sərhəd tanımır. Eldar Əliyevin vəfatı incəsənətin, habelə sənətə məhəbbətin sərhədsiz olması barədə bu həqiqəti bir daha təsdiqlədi. Məşhur opera sənətçisinin vaxtsız ölümü və dəfni ilə bağlı məlumatlar nəinki onun doğulub boya-başa çatdığı, sənətdə ilk addımlarını atdığı Azərbaycanda, həm də sənət zirvəsinə ucaldığı və uzun illər Azərbaycanı təmsil etdiyi İtaliiyada və dünyanın digər ölkələrində böyük diqqətlə izlənilirdi. Öz təkrarolunmaz sənəti ilə Azərbaycan vokal məktəbini bütün dünyada tanıtmış Eldar Əliyevin taleyi, onun nəşinin Vətənə gətirilməsi son günlər Azərbaycan kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə ən çox müzakirə edilən mövzulardan biri idi. Eyni zamanda, xarici ölkə mətbuatında dünya opera ulduzu Eldar Əliyevə həsr olunmuş çoxsaylı məqalələr dərc edilmişdir.

Eldar Əliyev “İtaliyada Azərbaycan ili” elan edilmiş 2020-ci ildə, sənət zirvəsinə ucaldığı, alqışlandığı ölkədə həyatla vidalaşdı. O, ölməz sənəti ilə İtaliyada bu gün də xatırlanır və sənətsevər qəlblərdə bundan sonra da yaşamaqda davam edəcək. Eldar Əliyevin italiyalı dostları tərəfindən təşkil edilmiş və dəfn mərasiminə çatdırılmış gül çələnginin üzərində yazılan “RESTERAI NEL NOSTRO CUORE PER SEMPRE!” (“Bizim qəlbimizdə əbədi yaşayacaqsan”) gözəl insan və dahi sənətkarın xatirəsinə böyük ehtiramı əks etdirir.

Böyük sənətçinin Azərbaycana olan sevgisi, Vətən eşqi onun özünəməxsus tərzdə ifa etdiyi “Ölkəm” romansında öz əksini tapmışdır. Bu gün Eldar Əliyevin həsrətində olduğu Azərbaycana gətirilməsi və Vətən torpağına tapşırılması xalqımızın böyük övladına olan sosuz məhəbbətinin təcəssümüdür.

Dahi vokalçının xatirəsi musiqi sənəti tariximizdə əbədi yaşayacaqdır.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO