İspaniya vaksinlərin alınmasına qoşuldu
İspaniya Avropa İttifaqına (Aİ) üzv olan digər dövlətlərlə birlikdə COVID-19 infeksiyasına qarşı Oksford Universitetinin (Böyük Britaniya) tədqiqatçıları tərəfindən “Astrazeneca” şirkətində hazırlanmış vaksinlərin Avropa Komissiyası (AK) vasitəsi ilə həyata keçirilən mərkəzləşdirilmiş qaydada alınmasına qoşulub.
Rakus.az xəbər verir ki, İspaniya Səhiyyə Nazirliyinin məlumatına görə, vaksinlər ölkələr arasında əhalinin sayına görə bölüşdürüləcək. Ümumilikdə götürdükdə bu bölgüdə İspaniyanın payına 30 milyon dozalıq vaksin düşür.
Son həftələrdə Avropa Komissiyası ən qabaqcıl alternativlərdən sayılan “Astrazeneca” şirkətinnin vaksinlərinin mərkəzləşdirilmiş qaydada alınması barədə razılıq əldə edib. Hazırda bu vaksinin təhlükəsizliyini və effektivliyini təmin etmək istiqamətində klinik sınaqlar keçirilir.
AK-nin danışıqlar komitəsi İspaniyanın qoşulduğu bu ilk razılaşmaya əlavə olaraq, Avropa İttifaqının və üçüncü ölkələrin vaksinə olan tələbatlarını ödəmək məqsədilə alternativ vaksinlər hazırlayan müxtəlif şirkətlərlə danışıqları davam etdirir.