Hadisə 27.08.2020 11:21

Eldar Əzizov bu şəxsi cəzalandırdı

Bakı Şəhər İcra Hakimiyyəti Binəqədi rayonunun qəsəbələrinin sanitar vəziyyəti, əhalini narahat edən problemlər və məişət tullantılarının vaxtında daşınması məsələlərinin araşdırılması məqsədi ilə monitorinq keçirilib.

Rakus.az xəbər verir ki, paytaxtın İcra Hakimiyyətinin məlumatına görə, BŞİH başçısı Eldar Əzizov rayondakı problemlərlə yerində tanış olub. Keçirilən yoxlama nəticəsində Binəqədi rayonunun Xocasən, Binəqədi və 28 May qəsəbələrində sanitar təmizlik sahəsində nöqsanların olduğu aşkarlanıb.

Aşkar edilən çatışmazlıqlar yerində müzakirə edilərək Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanova, rayon təsərrüfatı şöbəsinin müdiri Azər Kərimova və Xocasən qəsəbəsi üzrə nümayəndəsi Əlikram Haqverdiyevə töhmət verilib, bir sıra məsul işçilərə xəbərdarlıqlar edilib və qısa müddət ərzində yol verilən nöqsanların aradan qaldırılması tapşırılıb.

Eldar Əzizov bildirib ki, ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi nəticəsində bu gün şəhər kommunal strukturlarında maddi-texniki təminat baxımından heç bir problem yoxdur. Əsas məsələ insan faktoru və əldə olan imkanlardan düzgün istifadə etməkdir. Hər bir rəhbər işçi nöqsanlardan nəticə çıxarmalı, öz vəzifə borcunu məsuliyyətlə yerinə yetirməli və fəaliyyətini günün tələblərinə uyğun qurmalıdır.

Qeyd olunub ki,  rayon strukturlarının işçilərindən əlavə olaraq Xocasən qəsəbəsində sanitar təmizlik və abadlıq işlərinə 58 nəfər sosial işçi cəlb olunub. Bu sayda işçi ilə nəinki Xocasən, həm də qonşu qəsəbədə normal təmizlik yaratmaq olar. Ona görə də bu qədər işçinin nə ilə məşğul olması sual doğurur. Həmçinin qeyd edilib ki, rayonda bəzi hallarda problemləri həll etmək əvəzinə onların həllinin nə üçün mümkün olmamasını əsaslandırmaq vərdişi yaranıb.

Mənzil-Kommunal Təsərrüfatı Departamentinə və digər şəhər strukturlarına Binəqədi rayonunda aparılan sanitar-təmizlik işlərində yaxından kömək edilməsi tapşırılıb.

Bildirilib ki, paytaxtın qəsəbələrində sanitar vəziyyətlə bağlı araşdırmalar davam etdiriləcək.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO