Hadisə 22.03.2024 22:07

“Camaata kömək etdiyi üçün daşnaklar erməni katibə işgəncə verdilər” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Kəndimizin həsrətindən qıçamın bir tərəfi qurudu” adlı veriliş Zəngəzur mahalının Qafan rayonunun Kurud kənd sakini Rəhilə Bəndəliyevanın həyat hekayəsinə həsr olunub.

O, uşaqlığının maraqlı keçdiyini, 8-10 yaşlarında nənəsi ilə yaylaqlara, təsərrüfata getdiyini, 1970-ci ildə Bakıya köçdüklərini  söyləyib: “Anamın ayaqları ağrıyırdı. Həkim o vaxt demişdi ki, ona  dəniz kənarı lazımdı. Gəldik Bakıda üzümçülük sovxozunda məskunlaşdıq”.

Onun sözlərinə görə, 1976-cı ildə Asəf Zeynallı adına musiqi məktəbinə qəbul olub: “Bizim kəndimiz balaca kənd idi. Evimiz 2 mərtəbəli idi. O vaxt biz köçəndən sonra orada bibilərim yaşadı. 1965-ci ildə kəndimizdə orta məktəbin 1-ci sinfinə getmişəm. Orada 5 il oxumuşam. İkinci sinifdə nəğmə dərslərində, dərnəklərdə “Arşın mal alan”dan mahnılar, musiqilər ifa edirdim”.

R.Bəndəliyeva Bakıya köçəndən sonra kəndin həsrətindən xəstə düşdüyünü bildirib: “Qıçamın bir tərəfi qurudu. 6-cı sinfi Xəzər rayonunun Binə qəsəbəsində oxudum. Atam məni öz evimizə apardı. Orada sinirlərim bir az sakitləşdi. Gələndən sonra daha ağrılarım olmadı. Ancaq hər yay, ta 1988-ci ilə qədər biz ora gedib gəlirdik. O illər mənim heç vaxt yadımdan çıxmaz. Çox istəyərdim nənəmin məzarını görüm”.

O, qaçqınlıq illərindən də söz açıb: “1988-ci il idi. Qafanın katibi erməni idi. Bizim sovxozun direktoruna zəng edir ki, camaatı çıxardın. Camaatı gecə ilə çıxardılar. Sonra onların böyükləri İrəvanda biliblər ki, bu katib azərbaycanlılara kömək edib.

Onu azərbaycanlılara kömək etdiyi üçün işdən çıxardılar, işgəncə verdilər, uşaqlarını İrəvanda institutdan qovdular. Yəni ermənilər həmin gecə camaatı qırmaq istəyirmişlər”.

Vətən həsrətinin çətin olduğunu deyən R.Bəndəliyeva 44 gündə  Qarabağı bizə qaytaran Prezidentimiz İlham Əliyevin sayəsində  Zəngəzura, Göyçəyə qayıdacağımıza əminliyini vurğulayıb: “Vətəni kim sevməz ki?! Arxaya baxıram Vətəndi, qabağa gedirəm Vətəndi. Hara baxsan Vətəndi. Çox əminəm ki, Vətənimizə qayıdacağıq. İnşallah, Zəngəzurumuz da, Göyçəmiz də, Vedibasarımız da, Zəngibasarımız da, yəni bütöv Qərbi Azərbaycan bizim olacaq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş martın 22-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Müsahibə, Mədəni, Video müsahibə / 26.03.2024 19:19
“Azərbaycanlıların ermənilərə həmişə yazığı gəlib”
Müsahibə, Mədəni / 26.03.2024 14:24
“Azərbaycanlıların həmişə ermənilərə yazığı gəlib” – ANONS
Maraqlı, Mədəni / 26.03.2024 13:02
Ermənilər qıpçaqların yazısını necə mənimsədilər? – ANONS
Dünya, Siyasi / 26.03.2024 11:20
QAİ Toivo Klaarın anti-Azərbaycan mövqeyini sərt şəkildə qınayıb
Müsahibə / 25.03.2024 22:47
“Tarixi Azərbaycan torpaqlarında 32 türk tayfası yaşayıb” – MÜSAHİBƏ - VİDEO
Hadisə, Səhiyyə / 23.03.2024 21:41
“Ermənilər görkəmli azərbaycanlı cərrahın qardaşını öldürüb meyitini ata bağlayıblar” - FOTO - VİDEO
Hadisə, Mədəni / 22.03.2024 22:07
“Camaata kömək etdiyi üçün daşnaklar erməni katibə işgəncə verdilər” - FOTO - VİDEO
Maraqlı, Mədəni, Sosial / 22.03.2024 13:05
“Nənəmin məzarını görmək istəyirəm” – Rəhilə Bəndəliyevanın “Həyat Hekayəsi” - VİDEO
Hadisə, Hərbi, Kriminal / 19.03.2024 22:11
“Zəngibasar türkləri hücuma keçsə, Vedililərə qoşulsa Ermənistan dağılacaq” - FOTO - VİDEO
Müsahibə, Mədəni / 19.03.2024 18:39
“İrəvanda azərbaycanlıların mədəni dəyərləri tamamilə məhv edildi” - VİDEO
Müsahibə, Mədəni / 19.03.2024 13:52
İrəvanda ermənilər azərbaycanlılarla pis rəftar edirdilər – ANONS - VİDEO
Hadisə, Kriminal / 19.03.2024 13:04
Zəngibasar mahallında törədilən amansız qətliam – ANONS
Gündəm, Hərbi / 19.03.2024 10:17
Regional məsələlər – NATO ilə Azərbaycanın eyni mövqeyi – TƏHLİL
Mədəni / 19.03.2024 00:02
Bu gün Novruz bayramının İlaxır çərşənbəsidir
Müsahibə / 18.03.2024 22:21
“Gərnibasardakı 52 kənddə cəmi 150 erməni yaşayırdı” – MÜSAHİBƏ - FOTO - VİDEO
Mədəni / 18.03.2024 11:40
Azərbaycana yaz fəsli daxil olur
Mədəni, Sosial / 16.03.2024 21:53
Novruz ənənələrini yaşdan oğuz yurdu Pəmbək - FOTO - VİDEO
Mədəni, Siyasi / 16.03.2024 12:06
Hümbət Hüseynov “Heydər Əliyevin 100 illiyi ” yubley medalı ilə təltif edilib - FOTO
Maraqlı, Sosial / 15.03.2024 22:49
“Ermənilər həmişə payızda, məhsul toplanışından sonra qaçaqaç salırdı” - FOTO - VİDEO
Maraqlı, Sosial / 15.03.2024 13:48
“Mütləq Ağbulağa qayıdacağam” – Təvəkgül Nəsibovun “Həyat Hekayəsi”
Gündəm, Siyasi, Təhlil / 14.03.2024 22:59
Erməni deputat: “Azərbaycanın kəndlərlə bağlı tələbi yerinə yetiriləcək” - FOTO - VİDEO
Siyasi, Təhlil / 14.03.2024 14:26
Paşinyan cəmiyyətdə müharibə qorxusu yaradır – ANONS
Maraqlı, Siyasi, Sosial / 13.03.2024 22:06
“Hayların Göyçə gölü sahilində yerləşmə sirri” - FOTO - VİDEO
Siyasi / 13.03.2024 15:17
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası olub
İqtisadi, Siyasi, Sosial / 13.03.2024 13:10
Adı 4 dəfə dəyişdirilən Kəvər – ANONS - VİDEO
Maraqlı, Sosial / 12.03.2024 22:00
Erməni qızlar türklərə ərə getmək istəyir - FOTO - VİDEO