Hadisə 27.03.2024 22:33

Ermənilər Qafanda 118 azərbaycanlı kəndi necə məhv edib? - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə erməni daşnaklarının qırğınlar törətdiyi, əhalisinə divan tutduğu Qafan rayonu haqqında süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Njde və Andranikin Qafan qətliamı” adlı süjetdə ermənilərin tarix boyu çirkin niyyətlərindən, eləcə də Qərbi Azərbaycan torpaqlarını qəsb  etmək məqsədilə azərbaycanlıları zaman-zaman köçürmələrə məruz qoymasından və türk-oğuz yurdlarına sahib çıxmasından bəhs olunur.

Bildirilir ki, Qərbi Azərbaycanın Zəngəzur mahalının cənub hissəsində yerləşən Qafan rayonu ərazisində insanlar hələ eradan əvvəl VI əsrdə məskunlaşıblar. Zəngəzurun bu bölgəsi coğrafi və strateji mövqeyinə görə III–IV əsrlərdən başlayaraq bir çox dövlətlərin işğalına məruz qalıb. Qafan rayonunun adı tarixi mənbələrdə 1034-cü ildən başlayaraq Kapan şəklində çəkilir. Bu toponim qədim türk tayfalarından olan peçeneqlərin kapan tirəsinin adı ilə bağlıdır. Qafan rayonunda son zamanlara qədər xarabalıqları qalan Oxçu qalası, Qır qalası, Babək qalası və digər qədim istehkamlar və toponimlər bu yerlərin atəşpərəstlərin məskəni olduğunu bir daha təsdiq edir.

Qeyd olunur ki, bu ərazidə azərbaycanlı əhali hələ 1905-ci ildə  ermənlərin təcavüzünə məruz qalıb: “Qatar, Oxçu kəndləri tam darmadağın edilib, Oxtar, Dovrus, Qaraçimən, Şəhərcik, Şabadin, Gığı və Kurud kəndlərində yaşayan soydaşlarımız Azərbaycanın ayrı-ayrı bölgələrinə köçürülüb. 1918-ci ildə daşnak Qaregin Njde Andranik Ozanyanla birləşib silahlı dəstələrlə Zəngəzurun, o cümlədən Qafanın azərbaycanlı əhalisinin bir hissəsini məhv edib, bir hissəsini isə didərgin salıb və dinc əhaliyə divan tutub. Azərbaycanlıları guya barışıq elan etmək məqsədilə aldadıb Oxçu məscidinə yığaraq od vurub hamısını diri-diri yandırıblar. Nəhayət, 1921-ci ilin iyul ayında ermənilərin təkidi ilə sovet hökuməti tərəfindən Zəngəzur birdəfəlik Ermənistana verilib”.

Diqqətə çatdırılır ki, Qafan rayonu inzibati ərazi kimi 1930-cu il sentyabrın 9-da təşkil olunub: “İndiki Ermənistan ərazisində 1930–1995-ci illərdə mövcud olmuş Qafan rayonunun mərkəzi respublika tabeli Qafan şəhəri olub. 1988-ci ildə azərbaycanlılar 40-dan çox yaşayış məntəqəsini məcburən tərk ediblər. Bundan sonra rayon üzrə 31 tarixi yer adları dəyişdirilib. Nəhayət, 1995-ci ildə Qafan, Sisiyan, Meğri, Gorus rayonları ləğv edilib və mərkəzi Kapan şəhəri olan Sünik mərzliyi yaradılıb.

Sonda vurğulanır ki, yüz illər ərzində Qafanın azərbaycanlılar yaşayan kəndlərinin mənimsənilməsi ermənilərin çirkin simasını və niyyətini bir daha göstərən tarixi reallıqdır: “Təbii ki, bu çirkin niyyətin puç olması Qərbi azərbaycanlıların doğma yurda qayıdışı ilə baş verəcək. O gün isə uzaqda deyil”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında martın 27-də  saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Hadisə, Siyasi, Sosial / 27.03.2024 22:33
Ermənilər Qafanda 118 azərbaycanlı kəndi necə məhv edib? - FOTO - VİDEO
Hadisə, Hərbi / 27.03.2024 13:30
Njde və Andranikin Qafan qətliamı – ANONS - VİDEO
Siyasi, Təhlil / 27.03.2024 12:21
Solovyova hər il 60 milyon dollara qədər büdcəni kim ayırır? - VİDEO
Mədəni, Sosial / 27.03.2024 11:38
Vətən yanğısı sönməyən Ardanış İcmasının Novruz tədbiri - FOTO
Maraqlı, Mədəni / 26.03.2024 21:47
Şumer mədəniyyətinin izləri Qərbi Azərbaycanda - FOTO - VİDEO
Müsahibə, Mədəni, Video müsahibə / 26.03.2024 19:19
“Ermənilər azərbaycanlılara həmişə yuxarıdan aşağı baxıblar”- MÜSAHİBƏ - VİDEO
Müsahibə, Mədəni / 26.03.2024 14:24
“Azərbaycanlıların həmişə ermənilərə yazığı gəlib” – ANONS - VİDEO
Maraqlı, Mədəni / 26.03.2024 13:02
Ermənilər qıpçaqların yazısını necə mənimsədilər? – ANONS
Dünya, Siyasi / 26.03.2024 11:20
QAİ Toivo Klaarın anti-Azərbaycan mövqeyini sərt şəkildə qınayıb
Müsahibə / 25.03.2024 22:47
“Tarixi Azərbaycan torpaqlarında 32 türk tayfası yaşayıb” – MÜSAHİBƏ - VİDEO
Hadisə, Səhiyyə / 23.03.2024 21:41
“Ermənilər görkəmli azərbaycanlı cərrahın qardaşını öldürüb meyitini ata bağlayıblar” - FOTO - VİDEO
Hadisə, Mədəni / 22.03.2024 22:07
“Camaata kömək etdiyi üçün daşnaklar erməni katibə işgəncə verdilər” - FOTO - VİDEO
Maraqlı, Mədəni, Sosial / 22.03.2024 13:05
“Nənəmin məzarını görmək istəyirəm” – Rəhilə Bəndəliyevanın “Həyat Hekayəsi” - VİDEO
Hadisə, Hərbi, Kriminal / 19.03.2024 22:11
“Zəngibasar türkləri hücuma keçsə, Vedililərə qoşulsa Ermənistan dağılacaq” - FOTO - VİDEO
Müsahibə, Mədəni / 19.03.2024 18:39
“İrəvanda azərbaycanlıların mədəni dəyərləri tamamilə məhv edildi” - VİDEO
Müsahibə, Mədəni / 19.03.2024 13:52
İrəvanda ermənilər azərbaycanlılarla pis rəftar edirdilər – ANONS - VİDEO
Hadisə, Kriminal / 19.03.2024 13:04
Zəngibasar mahallında törədilən amansız qətliam – ANONS
Gündəm, Hərbi / 19.03.2024 10:17
Regional məsələlər – NATO ilə Azərbaycanın eyni mövqeyi – TƏHLİL
Mədəni / 19.03.2024 00:02
Bu gün Novruz bayramının İlaxır çərşənbəsidir
Müsahibə / 18.03.2024 22:21
“Gərnibasardakı 52 kənddə cəmi 150 erməni yaşayırdı” – MÜSAHİBƏ - FOTO - VİDEO
Mədəni / 18.03.2024 11:40
Azərbaycana yaz fəsli daxil olur
Mədəni, Sosial / 16.03.2024 21:53
Novruz ənənələrini yaşdan oğuz yurdu Pəmbək - FOTO - VİDEO
Mədəni, Siyasi / 16.03.2024 12:06
Hümbət Hüseynov “Heydər Əliyevin 100 illiyi ” yubley medalı ilə təltif edilib - FOTO
Maraqlı, Sosial / 15.03.2024 22:49
“Ermənilər həmişə payızda, məhsul toplanışından sonra qaçaqaç salırdı” - FOTO - VİDEO
Maraqlı, Sosial / 15.03.2024 13:48
“Mütləq Ağbulağa qayıdacağam” – Təvəkgül Nəsibovun “Həyat Hekayəsi”
Gündəm, Siyasi, Təhlil / 14.03.2024 22:59
Erməni deputat: “Azərbaycanın kəndlərlə bağlı tələbi yerinə yetiriləcək” - FOTO - VİDEO