Dünya 28.08.2020 14:00

Azərbaycan XİN Ermənistanın iddialarını əsassız saydı

Avqustun 23-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının Goranboy rayonu istiqamətində təmas xəttində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd edib.

Rakus.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatına görə, Azərbaycan silahlı qüvvələrinin bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində təxribatın qarşısı alınıb, təxribat qrupunun rəhbəri Ermənistan silahlı qüvvələrinin baş leytenantı Qurgen Alaverdyan zərərsizləşdirilib.

İstintaqa cəlb edilən sözügedən şəxs Ermənistan silahlı qüvvələrinin rəhbərliyi tərəfindən Azərbaycanın silahlı qüvvələrinin şəxsi heyətinə və hərbi infrastruktura zərər yetirmək tapşırığı əsasında bir qrup Ermənistan hərbçisi ilə birlikdə Azərbaycan ordusunun mövqelərinə basqın təşkil etmək niyyəti ilə hərəkət etdiklərini etiraf edib.

Qeyd olunub ki, Ermənistan silahlı qüvvələri tərəfindən cəbhə xəttinin müxtəlif hissələrində son günlər intensivləşən kəşfiyyat tədbirləri, o cümlədən pilotsuz uçuş aparatlarından istifadənin genişlənməsinin müşahidə edildiyi bir vaxtda, Qurqen Alaverdiyanın rəhbərliyi ilə həyata keçirilən kəşfiyyat-diversiya fəaliyyəti Ermənistan hərbi-siyasi rəhbərliyinin cəbhə xəttində növbəti hərbi avantüra güddüyünü göstərir və hərbi vəziyyəti gərginləşdirmək niyyətinin göstəricisi kimi qəbul edilməlidir: “Ermənistanın bu mənfur niyyətinin ifşa olunmasından sonra keçirdiyi isteriya və panika vəziyyətində Azərbaycana qarşı əsassız və sərsəm ittihamlar səsləndirməsi beynəlxalq ictimaiyyətin və erməni cəmiyyətinin diqqətini öz hərbi avantürist siyasətinin uğursuzluqlarından yayındırmaq cəhdidir.

Ermənistan tərəfinin Azərbaycana qarşı beynəlxalq humanitar hüququn pozulması, “ermənifobiya” kimi əsassız ittihamlar ehtiva edən bəyanatlarını qətiyyətlə rədd edirik. Azərbaycan tərəfi əsir götürülən Qurqen Alaverdiyana münasibətdə humanitar hüququn tələblərinə uyğun olaraq davranıb.

Bu xüsusda, yada salmaq yerinə düşər ki, Azərbaycana qarşı beynəlxalq humanitar hüququn pozulmasına dair iddialar irəli sürən ölkə 30 ilə yaxındır ki, Azərbaycana qarşı müharibə və insanlıq əleyhinə cinayətlər, o cümlədən soyqırımı və etnik təmizləmə ilə müşaiyət olunmuş hərbi təcavüz aktı törədən Ermənistandır. Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində 20 000 azərbaycanlı qətlə yetirilib, 50 000 şəxs əlil olub, bir milyona yaxın mülki şəxs öz doğma yaşayış yerlərindən zorla vəhşicəsinə qovulub, 5 364 nəfər itkin düşüb, əsir və girov götürülərək Ermənistan tərəfindən ağır işgəncə və alçaldıcı rəftara məruz qalıb. Bu şəxslərdən 4 000-ə yaxın insanın taleyi hələ də məlum deyil”.

Ermənistan hazırda soydaşlarımız, mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevi girovluqda saxlayaraq, onları işgəncəyə məruz qoyub, qanunsuz olaraq azadlıqdan məhrum edib. Ermənistan silahlı qüvvələrinin zabitinin əsir götürülməsi kontekstində humanitar hüququ, o cümlədən Cenevrə konvensiyalarını yadına salan Ermənistan, bu ölkənin əvvəlki və hazırkı hakimiyyəti Azərbaycanın beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələr tərəfindən dəstəklənən hər iki tərəfdə olan əsir və girovların “hamının hamıya qarşı” prinsipi ilə dəyişdirilməsi təklifinə inadkarcasına etiraz etdiyini unutmamalıdır.

Azərbaycana qarşı sərsəm iddialar irəli sürən Ermənistan insanlığın ən adi dəyərlərini və beynəlxalq humanitar hüququn ən ümdə prinsiplərini heçə sayaraq, münaqişə gedişində həlak olmuş şəxslərin meyitlərini belə siyasi və maddi qazanc obyekti etməkdən çəkinməyib, meyitlərə münasibətdə onların peşələrinə və ya hərbi rütbələrinə uyğun olaraq “qiymət cədvəli” tətbiq edən bir dövlət olaraq, humanizm, tolerantlıq və bu kimi ideyalardan danışmağa mənəvi haqqını çoxdan itirib.

Ermənistanın əvvəlki hərbi-siyasi rəhbərliyinin Azərbaycana və onun mülki vətəndaşlarına qarşı törədilmiş ağır müharibə və insanlıq əleyhinə cinayətlərə görə üzr istəməkdən açıq aydın boyun qaçıran hazırkı Ermənistan rəhbərliyinin humanizm və humanitar hüquqla bağlı Azərbaycana ittiham irəli sürməsi riyakarlığın ən son həddidir.

Azərbaycana qarşı sülhün təsisi üçün əlverişli mühitə zərbə vurmaqla bağlı ittiham irəli sürən Ermənistan cari ilin 12-16 iyul tarixlərində dövlət sərhədinin Tovuz istiqamətində cəhd etdiyi hücum, bunun ardınca cəbhə xəttində vəziyyəti gərginləşdirən, münaqişənin nizama salınması cəhdlərinə zərbə vuran təhrikçi və təxribat xarakterli bəyanat və hərəkətləri ilə yaranmış vəziyyətə görə məsuliyyəti öz boynundan atmağa hədəflənmiş uğursuz cəhd göstərir.

Dünya ictimaiyyəti, Tovuz istiqamətində vəziyyətin məqsədyönlü gərginləşməsində Ermənistanın hərbi-siyasi rəhbərliyinin birmənalı məsuliyyət daşıdığını anlayır və bu ölkənin hərbi əsir Qurqen Aleverdiyan ətrafında vəziyyətdən diqqəti yayındırmaq məqsədilə istifadə etmək cəhdi uğursuzluğa məhkumdur.

Azərbaycan tərəfi bir daha Ermənistan tərəfinin ölkəmizə qarşı humanitar hüququn pozulması və ermənifobiya ilə bağlı əsassız ittihamları qətiyyətlə rədd edir, beynəlxalq ictimaiyyəti bu ölkəni bölgədə onsuz da həssas olan vəziyyəti gərginləşdirmək cəhdlərindən çəkindirmək üçün əməli addımlar atmağa çağırır.

XƏBƏR LENTİ
Elm və təhsil / 01.08.2026 08:25
Azərbaycan dilinə dövlət dili statusu verilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır – MƏQALƏ
Dünya, Təhlil / 31.07.2026 17:38
Türkiyə Avropanın Yaxın Şərqdə həm qalası, həm də müdafiə istehkamıdır – TƏHLİL - FOTO
Dünya, Mədəni / 29.07.2026 10:57
“Zita və Gita”dan deputatlığa: Hema Malini necə əfsanəyə çevrildi? – RETRO BAKU - VİDEO
Dünya, Təhlil / 28.07.2026 16:50
“Beşinci kolon” yaradan ETTALAAT, Sepah və media orqanları – TƏHLİL - FOTO
Dünya, Təhlil / 27.07.2026 17:03
Berlindəki terror aktı – cinayətkarın dini, milləti olmur – TƏHLİL - FOTO
Elm və təhsil, Maraqlı, Sosial / 27.07.2026 10:51
Azərbaycanı birləşdirən Şah Qacarın meyidi niyə 2 yerə bölündü? - VİDEO
Kriminal, Sosial / 27.07.2026 10:42
“Heç özümü bağışlamamışam” – Motosiklet qəzasında ölən Zəhranın atası – “Arzunun vaxtı” - VİDEO
Sosial / 27.07.2026 10:35
Gözüyaşlı atanın ürəkdağlayan hekayəsi – “Arzunun vaxtı” - VİDEO
Dünya, Siyasi, Təhlil / 24.07.2026 17:19
Fransada ksenofobiya – irqi mənsubiyyətə görə artan gərginlik – TƏHLİL - FOTO
Elm və təhsil, Mədəni / 24.07.2026 12:22
Aşıq Alıdan qalan sərvət – Salman Qaralar yazır - FOTO
Elm və təhsil, Sosial / 24.07.2026 11:24
İnsanları halallığa və yüksək əxlaqa çağıran adam – Kərəm Həsənzadənin vəfatının 60 illiyinə
Elm və təhsil, Sosial / 24.07.2026 11:05
Əxlaqı yaradan nədir: Elm, yoxsa hikmət? – AMİN - VİDEO
Dünya, Siyasi, Təhlil / 23.07.2026 10:52
Ermənistan-Rusiya atmosferi – münasibətlərdə AES barometri – TƏHLİL - FOTO
Mətbuat / 22.07.2026 00:01
Bu gün Azərbaycanda Milli Mətbuatın yaranması günüdür
Dünya, Siyasi, Təhlil / 21.07.2026 16:56
Rusiyanın meyvə təzyiqləri İrəvanda etirazlar yaradır – TƏHLİL - FOTO
Maraqlı, Sosial / 21.07.2026 11:22
“Şəfanın məzarının vəziyyətini gördükdə şoka düşdüm” – “Arzunun vaxtı” - VİDEO
Dünya, Siyasi / 20.07.2026 17:35
ABŞ 30 ildən sonra “xarici terrorçuları” ölkədən çıxaracaqmı? – TƏHLİL - FOTO
Elm və təhsil, Texnologiya, Təhlil / 20.07.2026 12:11
Sosial şəbəkələrə qadağa: dünyada nə baş verir? – ARAŞDIRMA - VİDEO
İdman / 20.07.2026 11:22
“Media Kuboku-2026” – yaddaqalan anlar və kadrlar - FOTO - VİDEO
İdman / 19.07.2026 17:31
“Media Kuboku-2026” minifutbol turniri başa çatıb - FOTO
Sosial / 19.07.2026 11:40
300 nəfərlik gizli “WhatsApp” qrupu kəndi necə dəyişir? – KƏNDİNƏ QAYIT - VİDEO
Sosial / 18.07.2026 21:15
Atasını itirdi, 6-cı sinifdə “ana” oldu – “Arzunun vaxtı” - VİDEO
İdman / 18.07.2026 16:57
Qusarda “Media Kuboku – 2026” minifutbol turniri start götürüb - FOTO
Sosial / 18.07.2026 13:33
Tanınmış teleaparıcı özbaşnalıqlara son qoyulmasını tələb edir
Mədəni, Sosial / 18.07.2026 10:22
“Boşanmaq nədir, nəyin çatmır, ay qız?!” – O VAXTLAR - VİDEO
Siyasi, Təhlil / 17.07.2026 16:27
Özünü buraxan PKK niyə başqaları üçün alət olaraq qalır? – TƏHLİL - FOTO