ABŞ-ın birinci xanımı Melaniya Trampın Respublikaçılar Partiyasının seçkiqabağı qurultayına geyindiyi paltar başına bəla olub.
Rakus.az xəbər verir ki, onun seçdiyi paltarın rəngi uğursuz olub: yaşıl rəng adi xromokeydir, onun üzərinə istənilən təsvir və videoları yerləşdirmək mümkündür.
Beləliklə, Melaniya Trampın paltarı eksperimentlər üçün kətana çevrilib: onun üzərində hava məlumatı, məqalə başlıqları və hətta ABŞ-ın sabiq vitse-prezidenti Co Baydenin (2020-ci il prezident seçkilərində Donald Trampın əsas rəqibi) əks olunduğu videolar nümayiş olunub.