Karantini pozan 46 nəfər cərimələndi
Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının Telnov küçəsində keçirdiyi müvafiq tədbirlərlə müəyyən olunub ki, “Legenda – Music Hall Lounge” restoran – müsiqi əyləncə mərkəzinin qapalı zallarında və kabinetlərində qəlyan avadanlıqlarından istifadə olunur.
Tədbir nəticəsində sanitar-epidemioloji normalarını pozan 46 müştəri barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə barələrində protokollar tərtib olunuraq, hər biri 200 manat. Obyektin icarədarı isə kobud inzibati qayda pozuntisina yol verərək sanitar-karantin qaydalarını pozduğu üçün 6 000 manat cərimə edilib.
Mövcud qayda və tələblərlə bağlı sahibkarlıq subyektinin rəhbəri və xidmət personalı polis əməkdaşları tərəfindən zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji normalarla bağlı məlumatlandırılıb.